1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Kontaminasiya hadisəsi: 
Kontaminasiya ilk dəfə kimyəvi maddələrin bir-birinə 
qarışımı hadisəsini ifadə etmək üçün işlədilmiş termindir. 
Bu termin folklorşünaslıqda iki və daha artıq süjetin eyni 
nağıl daxilində birləşməsidir. Burada əsasən söyləyicinin 
iradəsi rol oynayır. Belə ki, söyləyici danışdığı obrazın xa-
rakterik xüsusiyyətini daha çox dinləyicinin nəzərinə çatdır-
maq üçün, yaxud təkrar ilə auditoriyanı yormamaq üçün, 
yaxud dinləyicilərin diqqətini sınamaq məqsədilə bildiyi di-
gər nağıllardan bəzi danışdığı nağıl mətninə uyğun hissələri 
əlavə edir. Bu hadisə nağıllarda olduqca tez-tez qarşılaşdığı-
mız vəziyyətdir. Ancaq maraqlıdır ki, mövzu yetərincə araş-
dırılmamışdır. Azərbaycan folklorşünaslığında bu mövzuya 
ilk dəfə İlkin Rüstəmzadə toxunsa da, dünya folklorşünaslı-
ğında ilk dəfə 20-ci əsrin 60-70-ci illərində N.M.Vederni-
kova və T.Q.İvanova müraciət etmişlər. N.M.Vedernikova 
kontaminasiyanı söyləyicinin nağıllar üzərində gerçəkləşdir-
diyi yaradıcılıq hadisəsi hesab edirdi. Söyləyici hər dəfə eyni 
auditoriya qarşısında çıxış etdiyindən onun repertuarı dinlə-
yicilərə tanış olur. Bu da onları improvizasiyaya sövq edir. 
Onlar süjetə yeni elementlər və motivlər daxil etməklə tanış 
nağılı bir qədər dəyişilmiş şəkildə təqdim etməyə, bu yolla 
da dinləyicilərdə maraq oyatmağa çalışırlar. Kontaminasiya 


73 
hadisəsini belə improvizasiya vasitələrindən biri hesab edən 
araşdırıcı yazır: “Nağılçı müəyyən bir nağılda məlum süjet-
ləri birləşdirməklə tanış nağıl əsasında sanki yeni bir əsər 
yaradır. Dinləyici sevimli qəhrəmanları, ayrı-ayrı epizodları 
asanlıqla tanıyır, lakin bütövlükdə fəaliyyətin gözlənilməz 
inkişafı auditoriyada marağın artmasına səbəb olur” (Bax: 
Rüstəmzadə İ., 2013:51). 
Kontaminasiya süjet, motiv, formul, funksiya kimi na-
ğılın əsas strukturunu təşkil edir. Kontaminasiyanın işlən-
məsi tamamilə söyləyicinin iradəsinə bağlıdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin