70
Nağıllarda səyyar (gəzərgi) süjetlər
Nağıllarda bir sıra
süjetlər var ki, dünyanın müxtəlif
yerlərində bu nağıllar müxtəlif motivli olsalar da, eyni süjet
xəttinə malikdirlər. Biz bunu
gəzərgi süjetlər adlandıracağıq.
Gəzərgi süjetlər dedikdə müxtəlif xalqların
folklorunda
mövcud olan eyni süjet xəttinin görünməsi nəzərdə tutulur.
Bu nağıllar beynəlxalqdır və həmin nağılların analoqu bü-
tün xalqların folklorunda mütləq mövcuddur. Bu nağılları
milliləşdirən isə motivlərdir. Motivlər xalqın sahib olduğu
dünyagörüşü, inanc sistemi, gündəlik məişəti əsasında for-
malaşdığından millilik xüsusiyyətini qoruyub saxlaya bilir.
Məsələn, dünyada məşhur olan “Sindrella” nağılı Azərbay-
canda “Göyçək Fatma” nağılı ilə
eyni süjet xəttinə malik-
dir. Hər iki nağılda qız ögey anası və ögey bacısının zülmü-
nə məruz qalır. Şahın təşkil etiyi toya (balo) gedir və ayaq-
qabısının bir tayını itirir. Şahzadə bu taykeş ayaqqabını ta-
pır, sahibini axtarır və onunla evlənir. Nağılın qısa süjet
xətti eynidir. Ancaq genişləndikcə, motivlər ortaya çıxdıqca
fərqliliklər də özünü göstərməyə başlayır. Belə ki, “Sindrel-
la” nağılı birbaşa ananın ölümü və ögey ananın iki ögey ba-
cı ilə Sindrellanın yaşadığı evə gəlməsi ilə başlayır. “Göyçək
Fatma” nağılında isə ananın ölümü ətraflı
təsvir olunur,
hətta ananın qızına vəsiyyəti göstərilir. Ana ölüm ayağında
qızına qara inəyə yaxşı qulluq etməyi tapşırır. Burada qısa-
ca haşiyəyə çıxıb qeyd etməliyəm ki, inək motivinin nağıla
əlavə olunması təsadüf sayılmamalıdır. Çünki məişətimizdə
inək önəmli rol oynayır. Ətindən, südündən, dərisindən,
peyinindən faydalanılan heyvana sevgi də çox idi. Lakin qa-
ra inəyin həm də buynuzu var ki, buynuzlu heyvanlar qə-
71
dim türk mifologiyasında Tanrının
yerdəki elçiləri hesab
edilirdilər (Qəzənfərqızı A., 2018:13). Daha sonra Sindrel-
lanın köməkçiləri quşlar və digər ev heyvanları, yaxud digər
bir variantda gözəl pəri anası yardım etsə də, Azərbaycan
variantında qara inəyin sümükləri və Fatmanın mehribanlı-
ğı sayəsində yardım üçün tükünü verən qarı kömək edir.
“Sindrella”da
balqabaq faytona çevrilir ki, balqabaq soyuq
ölkələrdə çox yayılmış tərəvəz növüdür. Xüsusən, Halloven
bayramında balqabağa çox müraciət olunduğunu qeyd edə
bilərik.
Diqqət etməli olduğumuz başqa bir variant isə odur ki,
Sindrella gözəl bir qız kimi təsvir edilir. Göyçək Fatmanın
gözəlliyi isə mehribanlığı sayəsində verilir. Belə ki, küləyin
uçurduğu əlçiminin dalınca qaçan Fatma bir qarıya rast gə-
lir, ondan əlçimini istəyir. Qarı isə şərt qoyur ki, gərək başı-
na baxsın, sonra əlçimini verəcək. Fatma razılaşır. Qarının
ilan qurbağalı saçını oxşayır, qarı ilə çox mehriban davranır
və qarı ona üç sudan danışır.Ağ
suda çimməyi, qara suda
saçını, qaşını, kipriklərini yumağı, qırmızı sudan yanağına,
dodaqlarına sürməyi tapşırır. Bunlara əməl edən Fatma gö-
zəlləşir ki, bu da Azərbaycan əxlaq nəzəriyyəsini ehtiva et-
miş olur. Çünki, cəmiyyətimizdə gözəllik daxili və xarici ol-
maqla bir bütün halında olmasa qəbul edilmir. Üstəlik gö-
zəl xasiyyət mütləq öz mükafatını almış olur ki,
Fatma
mehribanlığı qarşılığında gözəlləşir, Fatmanın ögey bacısı
isə bir az da çirkinləşir. Nağılın ən milli motivi isə Fatma-
nın təndirdən tapılmasıdır. Çünki
təndir kültürü dünyada
sadəcə Türklərdə mövcuddur ki, bu da nağılda
öz əksini
tapmışdır.
72
Beləliklə, nağılın süjetləri beynəlxalq olsa da, motivləri-
nin əsasən milli olduğunu vurğulamış olduq. Bu motivlər o
xalqa məxsus nağıl mətnlərində tez-tez təkrarlana bilər.
Ancaq bəzən də olur ki, bir neçə nağılın süjet xətti bir na-
ğılda birləşir. Bu kontaminasiya hadisəsi sayılır.
Dostları ilə paylaş: