1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

Ev tapşırığı: Məişət nağıllarını təhlil etmək 


58 
Nağılların formaca bölgüsü: Kumilyativ, yaxud 
zəncirləmə nağıllar 
 
Bəzi nağıllarda hadisələrin, bəzən isə cümlələrin təkrarı 
tez-tez baş verir. Bu tərz nağıllarda hadisələr silsiləsi baş 
vermir. Bütün nağıl bir olay üzərində qurulur və süjet xətti 
belə davam edir. Məsələn, məşhur “Turpun nağılı”nda ol-
duğu kimi. Turpu çıxarmaq üçün nənə babadan, baba 
turpdan yapışır. Dartırlar, dartırlar çıxara bilmirlər. Nəvə 
köməyə gəlir. Nəvə nənədən, nənə babadan, baba turpdan 
yapışır, dartırlar, dartırlar çıxara bilmirlər. və s. bu nağılda 
işlənən cümlələr bir-birinin təkrarıdır. Sadəcə, hadisəyə qa-
tılan yeni obraz fərqlənir. Bu, kumilyasiya hadisəsidir. Ku-
milyasiya latın sözü olub yığmaq, toplamaq, gücləndirmək 
mənasını verir. İngilis dilində bu nağıllar “formula tales”, 
alman dilində “kettenmarchen”, fransız dilində isə “randou-
nes” adlandırılır (Rüstəmzadə İ., 2013:31). Azərbaycanca 
isə “zəncirvari nağıllar” adlanır. Zəncirvari sözünün beynəl-
xalq termin kimi qarşılığı kumilyativ nağıllar ifadəsidir. İfa-
də latınca “cumulare” sözündən yaranmışdır ki, mənası yığ-
maq, gücləndirmək anlamındadır.
Bu nağılları Azərbaycan folklorşünaslığında geniş şəkil-
də İ.Rüstəmzadə araşdırmışdır. O, “Azərbaycan nağıllarının 
süjet göstəricisi” adlı kitabında zəncirvari nağılları tədqiqa-
ta cəlb etmiş, dünya folklorşünaslığında bu nağıla münasi-
bəti aydınlaşdırmağa çalışmışdır. İlkin Rüstəmzadə kumil-
yativ nağılları məzmunca fərqləndirsə də, əslində bu nağıl-
lar formaca bölgüdə verilməlidir. Zəncirvari nağılların for-
maca xüsusiyyətinə görə verilməsi fikrini bu nağılları rus 


59 
folklorşünaslığında ilk dəfə araşdıran V.Y.Propp özünün 
“Kumilyativ nağıllar” adlı məqaləsində də vurğulamışdır 
(Пропп В.Я., 1976:242-260). V.Y.Propp Aarne-Andreyev 
göstəricisində zəncirvari nağılların lətifələr qrupunda “Müx-
təlif növ kumiylativ nağıllar” (*2015 I ) adı ilə verildiyini 
göstərmiş və Andreyevin rus nağıllarından xəbərsiz olduğu-
nu bildirmişdir. Aarnedən sonra N.P.Andreyev heyvanlar 
haqqında nağılların tərkibində verdiyi bir çox süjetləri də 
bura daxil etməklə onların sırasını daha da genişləndirmiş-
dir.
Azərbaycan folklorşünaslığında isə İlkin Rüstəmzadə 
kumilyativ nağılların özünün tərtib etdiyi süjet kataloqun-
da yerini belə göstərmişdir:
Süjetlərin qruplar üzrə nisbəti 6;
Qarşılığını tapdığı süjetləri 0;
Qarşılığını tapmadığı süjetlər üzrə 6 olduğunu göstər-
mişdir (Rüstəmzadə İ. 2013). Buradan belə bir nəticəyə gə-
bilərik ki, Azərbaycan folklorşünaslığındakı zəncirvari 
nağılların süjeti orijinaldır.
V.Y.Propp kompozisiya xüsusiyyətlərinə görə zəncir-
vari nağılları iki qrupa ayırmışdır: sintaktik halqaların tək-
rarı üzərində qurulan formulvari zəncirləmələr və eyni, la-
kin müxtəlif formalı epik halqaların təkrarı üzərində quru-
lan epik zəncirləmələr (Пропп В.Я., 1976:242-260). İlkin 
Rüstəmzadə də V.Y.Proppun bu fikri ilə razılaşmış və zən-
cirvari nağılların tədqiqatını bu yöndə aparmışdır. Belə ki, 
o, bildirmişdir ki, birinci qrupa məxsus nağıllarda hər yeni 
halqa qoşulduqda əvvəlki halqaya məxsus sintaktik vahid-


60 
lər təkrarlanır. “Bit və birə”, “Buz və qarı” nağılları buna 
misal ola bilər. İkinci qrupa məxsus nağıllarda isə, zəncirlə-
mələr daha təfsilatlı və sintaktik cəhətdən fərqli epik lövhə-
lər üzərində qurulur. “Dəyişmə”, “Tülkü, tülkü, tünbəki” 
və s. nağıllar bu qrupa daxildir (Rüstəmzadə İ., 2013). 
Zəncirvari nağıllarda heyvan obrazları danışır və insani 
xüsusiyyət daşıyır. Buna görə çox vaxt bu nağıllar heyvan-
lar haqqında nağıllara aid edilir. Ancaq zəncirləmə nağıllar-
da süjet sadədir və təkrar üzərində qurulur. Yəni, “Süjetlə-
rin təfsilatdan uzaqlaşması, təhkiyə hissəsinin mümkün qə-
dər qısaldılması, statik elementlərin kənarlaşdırılması nağı-
la dinamiklik gətirmiş və onu dialoqlara çevirmişdir” (Rüs-
təmzadə İ., 2013:33). Bu tərz nağıllarda olaylar müxtəlif və 
ardıcıl olmur, eyni süjet təkrarlanır.
Heyvanlar haqqında nağıllarda hadisələr dinləyicidə ib-
rətamiz keyfiyyət aşılaması üçün qurulursa, “Zəncirvari na-
ğıllarda hadisənin özü deyil, onun təqdimatı maraq doğu-
rur. Onlar çox vaxt əhəmiyyətsiz bir hadisə üzərində quru-
lur. Amma müəyyən fəaliyyətlərin təkrar edilməsi dinləyici-
ni intizarda saxlayır və onda nağılın nə ilə tamamlanacağına 
maraq oyadır. Zəncirvari nağılların əsas özəlliyi ondadır ki, 
onlar bu və ya digər bir fəaliyyətin təkrarı üzərində qurulur. 
Bu sıralanma zəncirləməni yaradan səbəbin aradan qaldırıl-
ması ilə tamamlanır,” (Rüstəmzadə İ., 2013:33). Yəni zən-
cirləmə - eyni süjetin dəfələrlə təkrarı bu nağılların əsas xa-
rakterik xüsusiyyətidir. Zəncirləmə isə bəzən beş bəzən da-
ha çox ola bilər. Önəmli olan bu zəncirləmənin yaranması-
dır ki, “zəncirləməni yaradan əsas səbəblərdən biri əşyaların 
dəyişdirilməsidir. Dəyişmə ya azalan, ya da artan istiqamət-


61 
də aparılır. Artan istiqamətdə aparılan dəyişmə zamanı hər 
dəfə əldə edilən əşyanın dəyəri bir qədər artır” (Rüstəmzadə 
İ., 2013:33). “Cik-cik xanım” nağılında sərçənin ayağına ti-
kan batır. Bu hadisə artıq “süjet xəttinin qurulmasına” şə-
rait yaradır. Belə ki, sərçə tikanı qarıya verərək çörək, çörə-
yi çobana verərək qoyun, qoyunu toy yiyəsinə verərərək gə-
lin, gəlini aşığa verərək saz alır. Sonluq isə yenə də zəncir-
vari nağıllar üçün xarakterik sonluqla bitir: Sərçə qoz ağacı-
nın altında oturub saz çalarkən başına qoz düşür. Bu ör-
nəkdə zəncirləməni artan istiqamətdə gördük. “Dəyişmə” 
nağılında isə kəndli bazara satmağa inək aparır. İnəyi keçi-
yə, keçini qaza, qazı arpaya və s. dəyişir və evə bir torba 
turşu ilə qayıdır (Bax: Rüstəmzadə İ., 2013:34). 
Bəzi nağıllarda isə zəncirləmə şikayət üzərində qurulur. 
“Milçək” nağılında milçəyin qarnı qaratikan koluna ilişib 
cırılır. O, koldan inəyə, inəkdən qurda, qurddan ovçuya, 
ovçudan qarıya şikayət edir. Qarının onun xahişini yerinə 
yetirməsi ilə zəncirləmə bu dəfə əks istiqamətdə inkişaf edir 
və nağıl kolun milçəyin qarnını tikməsi ilə tamamlanır 
(Bax: Rüstəmzadə İ., 2013:34).
“Buz və qarı” nağılında isə zəncirləmə qarının inəyinin 
buz üstündə sürüşüb yıxılması ilə başlayır. Qarı inəyini yıx-
dığı üçün buzu, buz günəşi, günəş buludu, bulud yağışı və 
s. özündən güclü sayır (Bax: Rüstəmzadə İ., 2013:34). 
“Bit və birə” nağılında isə birənin damdan yıxılıb ölmə-
si zəncirləmənin yaranmasına səbəb olur. Bit ağlayır, ona 
qoşulub sərçə ağlayır, qarı səhəngini vurub sındırır və s. 
Personajların əhəmiyyətsiz bir hadisə üzərində üz-gözlərini 


62 
yarmaları, özlərinə xəsarət yetirmələri nağıla yumoristik 
məzmun verir (Bax: Rüstəmzadə İ., 2013:34). 
Yuxarıda qeyd etdik ki, zəncirləmə nağıllar əsasən hey-
vanlar haqqında nağılların sadələşdirilmiş formasıdır. Bura-
da həm insan həm heyvan obrazlarını görə bilirik. Bəzilə-
rində isə sadəcə heyvan obrazı ilə qarşılaşırıq. Ama bəzi hal-
larda zəncirləmə nağıllarda obrazlar sadəcə insanlardan iba-
rət olur. Bu zaman nağılda hadisə əhəmiyyətsiz məsələnin 
təkrarı üzərində qurulmur, əksinə tərbiyəvi əhəmiyyət daşı-
yan məsələ üzərində qurulur. “Loğmanla şəyird” nağılı 
məhz bu baxımdan xarakterikdir.
Son olaraq vurğulamaq istərdik ki, zəncirləmə nağıllar-
dakı təkrarlar nağıllardakı üçləmələr ilə səhv salınır. Səbəb 
isə odur ki, fəaliyyət yaxud süjet təkrarlanır. Ancaq “zəncir-
vari nağıllarda bütün süjet zəncirləmə üzərində qurulur, üç-
ləmə isə süjeti təşkil edən hansısa bir fəaliyyətin və ya gedi-
şin üçlənməsi nəticəsində yaranır. Zəncirvari nağıllarda tək-
rarların sayında heç bir məhdudiyyət yoxdur, üçləmədə isə 
fəaliyyətin və ya gedişlərin təkrarı üçdən artıq olmur” (Rüs-
təmzadə İ., 2013: 35). 
Zəncirləmə nağıllar istər mövzusuna və mahiyyətinə, 
istərsə də quruluşuna görə indiyədək öyrəndiyimiz bütün 
nağıllardan fərqlənir. Bu nağıllarda ibrətamiz xüsusiyyətlə-
rin aşılanması digər qrup nağıllardakı qədər çox olmasa da, 
əsasən nağılın məqsədi zəncirləmələrin təkrarını hafizədə 
saxlamağa məcbur etməklə uşaqların yaddaşının güclənmə-
sinə, yadda saxlanan bilgilərin beyində konkretləşməsinə 
yardımçı olmaqdır.


63 
Kumilyativ nağıllarda süjet, motiv, formul, funksiyaya 
çox rastlanmadığından (rastlansa belə bunların nağıl mətni 
üçün ciddi bir əhəmiyyəti olmadığından) təklif edirik ki, bu 
nağılların təhlili əsasən, onun xüsusiyyətlərinə uyğun apa-
rılsın. Yəni, halqanın azalan, artan, dəyişən, şikayət və s. 
üzərində qurulduğu müəyyənləşdirilsin.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin