1 Aynur Qəzənfərqızı


  V.Y.Proppun “Nağılların morfologiyası” əsərində



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

46 
V.Y.Proppun “Nağılların morfologiyası” əsərində 
sehrli nağılların tədqiqi 
Sehrli nağıllar haqqında danışarkən, şübhəsiz, Proppun 
“Nağılların morfologiyası” adlı əsərindən bəhs etməmək ol-
maz. 1928-ci ildə yazdığı əsər ingilis, italyan, fransız, ru-
mın, macar, çex, alman dillərinə tərcümə olunub. Propp bu 
vacib əsərində sehrli nağılların quruluşunu müəyyənləşdir-
məyə çalışıb. Qeyd edək ki, bu kitab öz dövrünə görə me-
tod baxımından çox irəlidədir.
V.Y.Propp sadəcə sehrli nağılları tədqiqata cəlb edir. 
Aarne-Tompson kataloqundakı 300 və 749-cu nömrəli na-
ğılları araşdırır. Bundan başqa, V. Propp təhlil aparmaq 
üçün müxtəlif mövzulu yüz nağılın yetərli olduğunu düşü-
nür. O, düşünür ki, morfoloji tədqiqat aparan alim yeni 
funksiya ilə qarşılaşmazsa, tədqiqatını dayandıra bilər. Belə 
bir vəziyyətdə təhlili başqa yöndə, məsələn, siyahı tərtibet-
mə, əskiksiz təsnifat, tarixi təhlil ilə davam etdirə bilər. 
Propp bu düşüncə ilə A.N.Afanasyevin “Rus xalq nağılla-
rı”ndakı 50 ilə 150-ci nömrələr arasında yer alan nağılları 
təhlil edir. Proppun fikrincə, önəmli olan nağılların necəliyi 
deyil, nağıllara tətbiq edilən analizin keyfiyyətidir.
Propp funksiya nəzəriyyəsini müəyyənləşdirərkən əsa-
sən tədqiqata cəlb etdiyi nağılların mövzusunu bir-biri ilə 
müqayisə etməyə çalışır. Bu məqsədlə xüsusi metodlar ilə 
sehrli nağılların əsas struktural hissələrini müəyyənləşdirir, 
sonra bu nağılları struktural hissələrinə görə müqayisə edir. 
Halk Biliminin Ulu Çinarı (Prof. Dr. Ali Barat Alptekin armağanı). Kömen yayın-
evi, 2019, s. 521-525 


47 
Nəticə olaraq isə nağılların morfologiyası müəyyənləşir. 
Bunu başqa cür desək, nağılların struktural hissələri ilə bu 
hissələrin öz aralarında və nağılın bütöv mətni ilə qurduğu 
əlaqə sayəsində nağılın növü ortaya çıxır. Məsələn, “Cırt-
dan” nağılını götürək. Burada struktural hissələr odur ki, 
Cırtdan oduna gedir, div ilə qarşılaşır, divi öz ağlı və zəkası 
ilə yenir və evinə qayıdır. Burdakı bütün hissələr bir-birilə 
əlaqəlidir və bu əlaqələr həm də nağılın bütününü təşkil 
edir.
Propp nağılın növünün (bunun digər adı qruplaşdırma-
dır) müəyyənləşməsini belə izah edir: 1.Kral bir igidə bir 
qartal verir. Qartal igidi başqa bir krallığa aparır. 2.Babası 
Suçenkoya bir at verir. At Suçenkonu başqa bir krallığa 
aparır. 3.Bir baxıcı İvana bir qayıq verir. Qayıq İvanı başqa 
bir krallığa aparır. 4.Kraliça İvana bir üzük verir. Üzükdən 
çıxan nəhəng adamlar İvanı başqa bir krallığa aparır. Burda 
dəyişən və dəyişməyən dəyərlər var. Dəyişən dəyərlər insan-
ların adları və özünəməxsus xüsusiyyətləridir. Dəyişməyən 
dəyərlər isə onların fəaliyyətləridir. Yəni, nağıllarda eyni fə-
aliyyətlər müxtəlif insanlar – obrazlar tərəfindən gerçəkləş-
dirilir. Bu da onu göstərir ki, nağılları insanların fəaliyyəti-
nə uyğun olaraq təhlil etməliyik.
Propp funksiyaların heyrətləndirici şəkildə təkrarlandı-
ğını göstərir. Nağıl obrazları bir-birindən nə qədər fərqli 
görünsələr də, əsasən eyni fəaliyyətləri icra edirlər. Bu fun-
ksiyanın gerçəkləşməsinə imkan yaradan yol dəyişə bilər, 
amma funksiya dəyişməyən bir dəyərdir. Nağılın təhlilində 
önəmli olan ən mühüm məsələ insanların nə etdiklərini bil-
məkdir, kim tərəfindən, necə edildikləri isə ikinci dərəcəli-


48 
dir. Nağıllarda funksiyaların olduqca az, insanların isə həd-
dən çox olduğu görünür. Bu da sehrli nağılların bir tərəf-
dən sehrli müxtəlifliyi, rəngarəngliyi, digər tərəfdən isə 
sehrli sayıla biləcək təkyönlülüyü, monotonluğu olaraq qə-
bul oluna bilər. İnsanların funksiyası nağılların təməl - əsas 
hissələrini göstərməkdədir, öncəliklə müəyyənləşdirməli ol-
duğumuz funksiya da məhz budur. Propp da bunun üçün 
əvvəlcə funksiyaları müəyyənləşdirir. Bu müəyyənləşdirmə 
zamanı iki mövzu üzərində düşünür: birincisi, müəyyənləş-
dirmə zamanı heç vaxt funksiyanı yerinə yetirən obraz göz 
önündə olmamalıdır. Bir çox vəziyyətdə müəyyənləşdirmə 
fəaliyyəti açıqlayan bir adla vurğulanır. İkincisi fəaliyyət 
danışılan mövzudan kənarda müəyyənləşdirilə bilməz. Ha-
disələr axınının içində verilmiş bir funksiyanın daşıdığı mə-
na göz önündə tutulur.
Maraqlıdır ki, V.Propp funksiya sözündən bir obrazın 
fəaliyyətini, hadisələr axınında daşıdığı məna baxımından 
müəyyənləşmiş fəaliyyətini anlaya bilir. Bu funksiyaların isə 
dörd təməl xüsusiyyəti vardır: 
1. Obrazlar kim olursa-olsun və funksiyalar necə ger-
çəkləşdirilirsə gerçəkləşdirilsin, nağılın dəyişməz, sabit ele-
mentləri vardır. Funksiya nağılların təməl, konstruktor his-
sələridir.
2. Sehrli nağılların funksiyaları limitlidir. 
3. Funksiyaların ardıcıllığı hər zaman eynidir. Ancaq 
bütün nağıllarda bütün funksiyalar yer almır. Bu da nağıl-
da hadisələr axınını dəyişdirməz. 
4. Bütün sehrli nağıllar quruluş baxımından eyni tipə 
aid olurlar (Propp V. 1928:30-33).


49 
V.Propp, nağılların girişində, adətən, bir başlanğıc ol-
duğunu bildirir. Belə ki, nağıllarda əvvəlcə ailənin üzvləri 
haqqında məlumat verilir, onlar təqdim olunur, yaxud gə-
ləcəyin qəhrəmanı sadəcə adı ilə yaxud da vəziyyətinin təs-
vir olunması ilə təqdim edilir. Bu başlanğıc bir funksiya 
olaraq deyil, morfoloji bir element olaraq qəbul edilir və α 
ilə göstərilir. Proppun nağıllarda müəyyənləşdirdiyi 31 fun-
ksiya isə bunlardır:
1. Ailədən biri evdən uzaqlaşır (uzaqlaşma; simvolu е)
2. Qəhrəman bir qadağa ilə qarşılaşır (qadağa; simvolu 
б)
3. Qadağa çeynənir (qadağanı ceynəmə; simvolu Ь)
4. Mənfi obraz bilgi toplamağa çalışır (istintaq; simvolu 
в)
5. Mənfi obraz qurbanı ilə əlaqəli bilgi toplayır (bilgi 
toplama; simvolu w)
6. Mənfi obraz qurbanını vəya sərvətini ələ keçirmək 
üçün onu aldatmağa çalışır (aldatma; simvolu г)
7. Qurban aldanır və istəmədən düşməninə yardım edir 
(suça qarışma; simvolu g)
8. Mənfi obraz ailədən birinə zərər verir (pislik; simvolu 
A) Bu funksiya olduqca önəmlidir. Nağılın hərəkət dinami-
kasını təşkil edir deyə bilərik. İlk yeddi funksiya nağılın ha-
zırlayıcı bölümü olaraq qəbul edilir. Hadisələr axını pislik 
etmə mərhələsindən düyünlənir. Ancaq burda bir detalı nə-
zərə çatdırım ki, bütün nağıllar pislik edilmə ilə başlamır. 
Başqa başlanğıclar da var. Bu nağıllarda da hadisələr axını 
pislik ilə başlayan nağıllardakı kimi cərəyan edir.


50 
8a. Ailədən birisinin bir çatışmazlığı var, ailədən birisi 
bir şey əldə etmək istəyir (əskiklik; simvolu α)
9. Pisliyin yaxud əskikliyin xəbəri yayılır, bir dilək, ya-
xud əmrlə qəhrəmana müraciət edilir, qəhrəman göndərilir, 
ya da getməsinə izin verilir (vasitəçilik, keçid anı; simvolu 
B)
10. Axtarışda olan qəhrəman hərəkətə keçməyə razıla-
şır yaxud hərəkətə keçməyə qərar verir (əks fəaliyyətin baş-
lanğıcı; simvolu C)
11. Qəhrəman evindən ayrılır (gediş; simvolu ↑)
12. Qəhrəman sehrli bir nəsnəni ya da köməkçi əldə et-
məsini təşkil edən bir sınaq, istintaq, hücum və s. ilə qarşı-
laşır (ianəçinin ilk funksiyası; simvolu D)
13. Qəhrəman qarşıda ona bəxşiş verən insanın fəaliy-
yətinə reaksiya verir (qəhrəmanın reaksiyası; simvolu E)
14. Sehrli nəsnə qəhrəmana verilir (sehrli nəsnənin alın-
ması; simvolu F)
15. Qəhrəman axtardığı nəsnənin olduğu yerə çatır, 
ona bələdçilik edilir, ya da yol göstərilir (İki şahlıq arasında 
məsafə, bir bələdçinin müşayəti ilə səfər; simvolu G)
16. Qəhrəman və mənfi obraz bir mübahisədə qarşı 
qarşıya gəlir (mübarizə; simvolu H)
17. Qəhrəman xüsusi bir işarə əldə edir (xüsusi işarə; 
simvolu I)
18. Mənfi obraz yenilir (qələbə; simvolu J)
19. Başlanğıcdakı pislik yaxud zərər aradan qaldırılır 
(kənarlaşdırma; simvolu K)
20. Qəhrəman geri dönür (qayıdış: simvolu ↓)
21. Qəhrəman izlənir (izləmə; simvolu Pr)


51 
22. Qəhrəmana yardım edilir (yardım; simvolu Rs)
23. Qəhrəman kimliyini gizlədərək, öz evinə yaxud 
başqa bir ölkəyə çatır (kimliyi gizlədərək gəlmək; simvolu 
O)
24. Yalançı bir qəhrəman yalançı nəzəriyyə iddia edir 
(yalançı nəzəriyyələr; simvolu L)
25. Qəhrəmana çətin iş təklif olunur (çətin iş; simvolu 
M)
26. Çətin iş yerinə yetirilir (çətin işi yerinə yetirmə; 
simvolu N)
27. Qəhrəman tanınır (tanı(n)ma; simvolu Q)
28. Yalançı qəhrəmanın, mənfi obrazın, ya da şər qüv-
vənin gerçək kimliyi ortaya çıxır (aşkarlama; simvolu Ex)
29. Qəhrəman yeni bir cildə girir (cild dəyişdirmə; sim-
volu T)
30. Yalançı qəhrəman ya da mənfi obraz cəzalandırılır 
(cəzalandırma; simvolu U)
31. Qəhrəman evlənir və taxta çıxır (evlənmə; simvolu 
W ᴏ)
Beləliklə, nağıl bitir. Nağıl qəhrəmanlarının bəzi fəaliy-
yətləri bəzi vəziyyətlərdə bu təsnifata uymur. Yuxarıda mü-
əyyənləşdirilən funksiyaların heç biri ilə müəyyənləşmir. Bu 
vəziyyətlərə çox nadir hallarda rastlanır. Proppa görə, bun-
lar ya əlindəki müqayisə elementlərinin azlığı səbəbindən 
ortaya çıxmayan qəliblərdir, ya da başqa kateqoriyalara 
(janrlara – A.Q.) (lətifə, əfsanə və s.) aid qəliblərdir. Bu cür 
elementlər isə Y ilə göstərilir.
Bir çox nağıldakı hadisələrin gedişatı bu funksiyaların 
əhatə dairəsi içində inkişaf edir. Bütün funksiyalar ard-arda 


52 
düzüldüyündə hər funksiyanın özündən öncəki funksiya ilə 
məntiqi və estetik əlaqəsi ortaya çıxır. Heç bir funksiya di-
gərini istisna etmir. Bu funksiyaların hamısı bir kökə bağlı-
dır. Bəzi funksiyalar isə cütləşərək yaranır: məsələn, qadağa 
– qadağanı pozma, istintaq-bilgi toplamaq, mücadilə-qələ-
bə, izləmə-kömək. Propp bu sxemi bütün nağılların müəy-
yənləşdirilməsi üçün bir şərt olaraq görür. Onun fikrincə, 
funksiyalar nağılın təməl elementləridir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin