1 Aynur Qəzənfərqızı


 Satirik məişət nağılları



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

2. Satirik məişət nağılları. (bunun 1 olanı yoxdu) 
Bu tip nağıllarda padşahlar, tacirlər, ruhanilər əsasən 
mənfi planda təsvir olunur. Bunun əksinə olaraq, çoban, 
bağban, əkinçi, dəmirçi və s. kimi xalq nümayəndələri isə 
bu tip nağılların müsbət qəhrəmanları kimi verilirlər (Əli-
yev O., 2001:63). Məsələn, “Padşah və köməkçi”, “Padşah 
və dəmirçi”, “Keçəl,” “Şirvan qazısı”.
Satirik nağıllarda personajların adlandırılması ilə (pad-
şah, kəndli, tacir və s.) gələcək konflikt müəyyən olur, per-
sonajlar əks tərəflərdə dururlar. “Padşah və dəmirçi” nağı-
lında padşahın ədalətsiz və tələsik hökmlərinin insanlara 
ölüm, fəlakət gətirdiyi, sonrakı peşmançılığın heç bir nəticə 
verməyəcəyi, vaxtında ədalətli hökm çıxarmağın vacibliyi 
əks olunmuşdur. Şah dərdsiz adam axtarmaq üçün məmlə-
kətini gəzir və dəmirçi ilə danışarkən gerçəkləri görür.


55 
Satirik nağıllarda süjet mənfi qəhrəmanın rüsvay edil-
məsilə sona çatır. Bu baxımdan “Keçəl” nağılı səciyyəvidir. 
Nağılda təsvir olunur ki, xəsis tacir keçəli axşama qədər iş-
lədib quru çörək qırıntıları ilə yola salır. Təhqirə dözməyən 
keçəl taciri hiylə ilə yorğana sarıdıb döydürür. Bundan son-
ra hadisələr məişət çərçivəsində olsa da, qeyri-adi şəkildə 
davam edir. Burada kontaminasiya (süjet içində süjet – 
A.Q.) var: tacirin arvadı ilə darğanın buraya əlavə olunma-
sı, Nağılda keçəlin ağıl və fərasəti nəticəsində tacirin xəsisli-
yi, darğanın riyakarlığı üzə çıxır (Bax: Əliyev O., 2005:63).
Satirik nağıllarda mənfi qəhrəmanın xarakterindəki hər 
hansı bir mühüm xüsusiyyət mübaliğəli şəkildə verilir. Ke-
çələ iki abbasılıq qoyunu beş tümənə satan molla içalatı da 
istəyir, üstəlik sabah arvadının libasını dəyişdirib keçəlin 
evində müftə yemək yeməyə gedir. Ancaq keçəlin fərasəti 
nəticəsində Mollanın kələyi açılır. Molla yüz tümən verib 
qardaşı oğlu kimi təqdim etdiyi arvadını keçəlin əlindən alır 
(Əliyev O., 2005:64).

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin