daxil etmək üçün,
əsasən, klaviatura və siçan qurğularından
istifadə
olunur. Bu məqsədlə başqa qurğular da nəzərdə tutulub: skaner, coystik, trekbol,
qrafik planşet, sensor ekran, rəqəmsal kamera. Bu qurğulara daxiletmə,
yaxud giriş
qurğuları deyilir.
Prosessor kompüterin sistem blokunda yerləşir. da başlıca qurğu olan sistem
lövhəsinin (ana lövhənin) üzərinə
bərkidilir.
Kompüterdə proqramları və verilənləri haradasa saxlamaq lazımdır.
Bunun üçün
kompüter sistemində müxtəlif qurğular nəzərdə tutulmuşdur. Onlar yaddaş qurğuları
adlandırılır. Kompüterdə görülən işin nəticəsinə baxmaq üçün o, monitor və ya
printerə çıxarılır. Bu qurğular çıxış qurğuları adlanır
. Başqa çıxış qurğuları da
vardır
: qulaqlıq, plotter, proyektor, səsucaldan və s.
Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan
hissələri ya sistem
blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun içərisində
yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir.
Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb.
Bu komponentlər
içərisində ən önəmli olanları mərkəzi prosessor, yaddaş və genişləndirmə
yuvalarıdır.
Sistem lövhəsində digər vacib komponent genişləndirmə yuvaları, yaxud
genişləndirmə slotlarıdır. Bu yuvalara xüsusi kartlar – genişləndirmə kartları taxılır.
Onların köməyi ilə kompüterin özünü dəyişmədən istifadə imkanlarını
genişləndirmək olur. Müxtəlif qurğuları sistem lövhəsinə qoşmaq üçün sistem
blokunun arxa panelində çoxlu bağlayıcılar, yaxud portlar var. Hər bir bağlayıcıya
bir xariciqurğu qoşulur. Bəzi bağlayıcılar yalnız müəyyən qurğular üçün nəzərdə
tutulub, bəzilərinə isə müxtəlif qurğular qoşmaq olar. Genişləndirmə slotları kimi, bu
portlar da kompüterin imkanlarını genişləndirir.
İnsan informasiyanı öz duyğu orqanları vasitəsilə aldığı kimi, kompüterə də
kənardan informasiyanın daxil olması üçün “gözlər” və “qulaqlar” gərəkdir. Hazırda
bu funksiyaları yerinə yetirən cürbəcür qurğular vardır.
Onlara daxiletmə, yaxud
giriş qurğuları deyilir. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya
çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun.
Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır. Onun köməyi ilə mətn və ədədi
informasiyalar, eləcə də cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir.
Kompüterin standart klaviaturasına 104 klavişli genişləndirilmiş klaviatura deyilir.
Müxtəlif klaviaturalar olsa da, onların hamısında aşağıdakı klaviş qrupları vardır: ·
Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və F1,
F2, F3, …, F12 kimi
işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiyalar
proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir. · Hərf-rəqəm klavişləri. Bu
klavişlər klaviaturanın orta hissəsində yerləşir.
Onlar hərfləri, rəqəmləri və digər
simvolları daxil etmək üçün nəzərdə tutulub. · Kursorun idarəolunması klavişləri. Bu
klavişlərin dördünə çox zaman ox klavişləri də deyilir. Onlar klavişin üzərində
göstərilmiş ox istiqamətində mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə
tutulub. Bu qrupa daha dörd klaviş daxildir: Home, End, PgUp və PgDn. ·
Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti
klaviaturanın sağında yerləşir və əsasən, hesablama zamanı istifadə olunur. ·
Xidməti klavişlər. Enter, Esc, Tab, Shift, Ctrl, Alt,
Caps Lock, Insert, Delete,
Backspace. Qrafik informasiya ilə işləmək üçün, əsasən, siçan qurğusundan istifadə
olunur. Adi kompüter siçanının ən azı iki düyməsi olur – sol və sağ. Siçanın
növündən və markasından asılı olaraq onun üzərində başqa düymələr (məsələn,
təkərcik) də ola bilər. Siçanla işləyərkən ekranda görünən kiçik ox siçanın göstəricisi
adlanır. Optik-mexaniki siçanı masanın üstündə gəzdirdikdə onun daxilindəki
kürəciyin fırlanması monitorun ekranında göstəricinin yerinin dəyişməsinə səbəb
olur. Müasir optik siçanlarda isə bu proses işıq şüası vasitəsilə gerçəkləşdirilir.
Noutbuk kompüterlərində siçan qurğusu əvəzinə taçpad
qurğusundan istifadə olunur