Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə39/196
tarix01.06.2022
ölçüsü1,4 Mb.
#60373
1   ...   35   36   37   38   39   40   41   42   ...   196
2021-03-03 15-24-30

236) Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb 
bacısının səlahiyyətinə aid deyil? 
A) Dərmanları yalnız xəstənin çarpayısının yanında vermək 
B) Dərmanı xəstəyə mütləq öz yanında qəbul etdirmək 
C) “Acqarına” qəbul edilməli preparatları səhər yeməyindən 20 - 60 dəqiqə əvvəl vermək 
D) Təyinat vərəqi ilə dərmanın etiketini tutuşdurmaq 
E) Həkimin təyin etdiyi dərmanı özbaşına dəyişmək 
Ədəbiyyat: C.N. Əliyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 129 . “ Təhsil ” Bakı 1998. 
237) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?
1) Kompres
2) Toz şəklində səpmək
3) 
Damcı şəklində dəri səthindəki yaraya damılatmaq
4) Dilin altına qoymaq
5) Yaranın üzərinə sürtmək 
6) Dəri içinə yeritmək 
A) 4, 6 
B) 2, 6 
C) 3, 5 
D) 2, 4 
E) 1, 4 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998 



238) Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompres qoymalıdır? 
A) Yüksək qızdırma olduqda 
B) Dəridə allergik səpgilər olduqda 
C) İrinli proses olduqda 
D) İnyeksiyadan sonra yerli infiltrat olduqda 
E) Dərinin tamlığı pozulduqda 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 

239) Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən hansını 
düz etmir? 
A) 
Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir 
B) Xardal qoyulacaq nahiyənin üstünü açır 
C) Xardal kağızını 5 - 15 dəqiqə xəstənin bədənində saxlayır 
D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür 
E) 
Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin