Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə42/196
tarix01.06.2022
ölçüsü1,4 Mb.
#60373
1   ...   38   39   40   41   42   43   44   45   ...   196
2021-03-03 15-24-30

251) Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından 
istifadə olunur? 


A) Müayinədən bir gün əvvəl təmizləyici imalə 
B) Düz bağırsaqda temperaturun ölçülməsi 
C) Düz bağırsağa qidalandırıcı məhlulların yeridilməsi 
D) Axşam - səhər təmizləyici imalə 
E) Kontrast maddənin yeridilməsi 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 
345 
252) Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa 
tibb bacısı nə etməlidir? 
A) Kanyulanı təmizləməlidir 
B) Sistemdə təzyiqi qaldırmalıdır 
C) Proseduru tamamilə dayandırmalıdır 
D) İynəni dəyişdirməlidir 
E) Dərhal həkimi çağırmalıdır 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 
2008. 
253) Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir? 
A) Qazların bağırsaq vasitəsilə xaric olmasını 
B) Mədə möhtəviyyatının qida borusuna keçməsini 
C) Mədə möhtəviyyatının ağızdan xaric olmasını 
D) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını 
E) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini 
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq” 
2008. 
254) X
əstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt 
vermir? 
A) Qazçıxarıcı boru qoymaq 
B) Xəstənin mədəsinin yuyulması 
C) Çobanyastığı dəmləməsi ilə imalə etmək 
D) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək 
E) Xəstəyə aktivləşdirilmiş kömür vermək 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56“ Çıraq ” 
2008 
255) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir? 
A) Dəriiçi inyeksiya 
B) Dəriyə sürtmək 
C) Vena daxili inyeksiya 
D) Həb şəklində qəbul etmək 


E) Gözə damızdırmaq 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin