Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Təngnəfəsliyi olan xəstəyə yardım edərkən aşağıdakılardan hansı tibb bacısının



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə46/196
tarix01.06.2022
ölçüsü1,4 Mb.
#60373
1   ...   42   43   44   45   46   47   48   49   ...   196
2021-03-03 15-24-30

271) Təngnəfəsliyi olan xəstəyə yardım edərkən aşağıdakılardan hansı tibb bacısının 
səlahiyyətinə aid deyil? 
A) Təmiz hava gəlməsi üçün nəfəsliyi açır 
B) Xəstəyə nəmləndirilmiş oksigen verir 
C) Xəstənin üstündən ağır ortüyü götürür 
D) Xəstənin başının və ya kürəyinin altına bir neçə yastıq qoyur 
E) Xəstəyə təngnəfəsliyi aradan qaldıran dərmanlar təyin edir 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 84“ Çıraq ” 
2008. 
272) Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq həkimin 
icazəsi olmalıdır? 


A) Venadaxili inyeksiya etdikdə 
B) İmalə etdikdə 
C) Xardal yaxması, zəli, banka qoyduqda 
D) Əzələ daxilinə inyeksiya etdikdə 
E) Dərialtına inyeksiya etdikdə 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.85 “ Çıraq ” 
2008. 
273) Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz? 
A) Sidik 
B) Bəlğəm 
C) 
Nəcis 
D) Plevral maye 
E) Selik 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 87“ Çıraq ” 
2008. 
274) Sadalananlardan hansı məktəb tibb bacısının vəzifəsi deyil? 
A) Məktəbliləri auskultasiya etmək 
B) Antropometriya aparmaq 
C) Profilaktik peyvəndlər etmək 
D) Məktəbdə aşkar edilən yoluxucu xəstəlik barədə sanitar-epidemioloji stansiyaya xəbər 
vermək 
E) Məktəblilərlə sanitariya-maarifləndirmə mövzusunda söhbətlər aparmaq 
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh.90“ Çıraq ” 
2008. 
275) Tibb işçisinin şəxsi gigiyenasının pozulmasına aşağıda göstərilənlərdən hansı 
aiddir? 
A) İş paltarında xəstəxananın ərazisindən kənara çıxmaq 
B) Dırnaqlarını qısa kəsmək və təmiz saxlamaq 
C) Hər bir əməliyyatdan əvvəl və sonra əllərini yumaq 
D) Yoluxucu şöbəyə getdikdən sonra iş paltarını dəyişib,yenisini geymək 
E) Dezinfeksiya edici məhlullarla əllərini silmək 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 90“ Çıraq” 
2008. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin