N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə101/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   104
N. M. A AB yli

 
Əhəng-posa sementi 
Tezsoyudulmuş domna posası ilə əhəngin birlikdə üyüdülmə-
sindən və ya ayrıca üyüdülərək mükəmməl surətdə qarışdırılmasından 
alınan hidravlik yapışdırıcı maddəyə əhəng-posa sementi deyilir. 
Adətən, 10

30 % əhəng və 70

90 % tezsoyudulmuş domna posası 
götürülür. Sementin tutmasını nizamlamaq üçün 5 %-ə qədər gips daşı 
əlavə edilir. Bərkiməni sürətləndirmək məqsədilə 10

15 % 
portlandsement qatmaq olar.
Əhəng-posa sementinin həqqi sıxlığı 2500

2900 kq/m
3
, sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 800

900 kq/m
3
, sıxlaşdırılmış halda isə 
1200

1400 kq/m
3
-dur. Bu sementin sutələbatı portlandsementə və 
posalı portlandsementə nisbətən çoxdur. Xüsusi səthinin 3500

5000 
sm
2
/q-a çatdırılması məsləhət görülür. Tutması posalı portlandsementə 


138 
138 
nisbətən ləng gedir. Tutmasının başlanğıcı, adətən, 2

4 saat, 
tutmasının sonu isə 4

8 saat çəkir. 
Əhəng-posa sementinin markası 1:3 tərkibli bərk qatılıqlı 
məhluldan hazırlanmış nümunələri sınamaqla müəyyən edilir. Mar-
kları 50, 100, 150 və 200-dür.
Əhəng-posa sementi əsasında hazırlanmış beton 15

30 gün ər-
zində qurumaqdan qorunmalıdır, yəni nəm mühitdə (və ya suda) bər-
kiməlidir. 
Əhəng-posa sementi aqressiv təsirlərə davamlıdır. Sulfatlı sular, 
dəniz suları, şirin sular bu sementdən hazırlanmış betonu aşındırır.
 
§ 11. Alüminat sementi 
Boksit və əhəngdaşından ibarət xammal qarışığının əriyənə 
yaxud laxtalaşana qədər yandırılmasından alınmış məhsulun narın 
üyüdülməsi nəticəsində əldə edilən tezbərkiyən hidravlik yapışdırıcı 
maddəyə alüminat sementi deyilir. Alüminat sementi hazırlamaq üçün 
əsas xammal tərkibində 80 %-ə qədər alüminium oksidi olan boksit və 
əhəngdaşıdır. Istehsal zamanı bu sementə 1 %-ə qədər əlavələr qatıla 
bilər. 
Alüminat sementinin mineral tərkibi əsasən birkalsiumlu alü-
minatdan (CaO

Al
2
O
3
) ibarətdir. Bu mineral tez bərkiyən və yüksək 
möhkəmlik əldə edən birləşmədir. Tərkibi 64,5 % Al
2
O
3
və 35,5 % 
CaO-dən ibarətdir. Ərimə temperaturu 1600
0
S-dir.
Alüminat sementinin tərkibində CaO

Al
2
O
3
mineralından başqa 
az miqdarda 5CaO

3Al
2
O
3
, 12CaO

7Al
2
O
3
və CaO

2Al
2
O
3
mineralları 
da vardır. 
5CaO

3Al
2
O
3
və 12CaO

7Al
2
O
3
yüksək əhəngli, CaO

Al
2
O
3
isə 
az əhəngli sementlərin tərkibində olur.
Bundan başqa alüminat sementinin tərkibində ikikalsiumlu 
silikat və ikikalsiumlu alümosilikat mineralları da vardır. 
Alüminat sementi klinkerinin üyüdülməsi portlandsementə nis-
bətən xeyli çətindir. Ərimə üsulu ilə alınmış klinkerin bərkliyi 
xüsusilə çox olub, Moos şkalası üzrə 7

7,5-dir. Lakin laxtalaşma 
üsulu ilə alınmış klinkerin bərkliyi nisbətən az olur. 
Ərinti kəskin surətdə soyudulduqda şüşəyəbənzər fazanın miq-
darı artdığından klinkerin üyüdülməsi də çətinləşir.


139 
139 
Üyütməni asanlaşdırmaq məqsədilə klinkerə 1 %-ə qədər se-
mentin keyfiyyətini aşağı salmayan əlavələr (kömür qırıntısı və s.) 
qatışdırmaq
olar.
Alüminat sementini su ilə qarışdırdıqda onun əsas tərkibini təşkil 
edən birkalsiumlu alüminatın hidratasiyası iki mərhələdə gedir: 
CaO

Al
2
O
3
+ 10H
2
O = CaO

Al
2
O
3

10H
2
O. 
Doymuş məhlulda əmələ gəlmiş CaO

Al
2
O
3

10H
2
O bərk faza 
halında məhluldan ayrılaraq kristallaşır. Bu kristallar dayanıqlı 
olmadığından yenidən kristallaşma baş verir. Ümumiyyətlə, 
CaO

Al
2
O
3
-ın hidratasiya reaksiyası aşağıdakı kimi göstərilə bilər: 
2(CaO

Al
2
O
3
) + 11H
2
O = 2CaO

Al
2
O
3

8H
2
O + 2Al(OH)
3

Əmələ gəlmiş Al(OH)
3
gel şəklində ayrılaraq sement daşı 
karkasını möhkəmləndirir. Alüminat sementinin tərkibinə daxil olan 
digər minerallar su ilə əlaqəyə girərək hidrat birləşmələri əmələ 
gətirir. 
Alüminat sementinin tərkibində üçkalsiumlu alüminat mineralı 
yoxdur və bərkimə zamanı sərbəst halda əhəng ayrılmır. Buna görə də 
alüminat sementi sulfatlı, dəniz və başqa minerallı suların təsirlərinə 
tamamilə davamlıdır. 
Alüminat sementi bərkidikdə çoxlu istilik ayrılır. Qış zamanı 
beton işləri apardıqda bu istiliyin ayrılması çox əlverişlidir. Əksinə, 
böyük ölçülü konstruksiyaları betonladıqda və xüsusilə yay zamanı 
beton işləri apardıqda həmin istilik təhlükəlidir. Buna görə də alüminat 
sementini massiv tikintilərin betonlanmasına işlətmək məsləhət 
görülmür. 
Alüminat sementinin həqiqi sıxlığı 3100

3200 kq/m
3
, sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 1000

1200 kq/m
3
, sıxlaşdırılmış halda 
isə 1600

1800 kq/m
3
-dur. Sutələbatı da təxminən portlandsementdə 
olduğu kimidir 

23

28 % həddindədir. Lakin portlandsementdən 
fərqli olaraq alüminat sementi ona qarışdırılmış suyun daha çox 
hissəsini özünə kimyəvi birləşdirir. O, tutma müddətinə görə 
portlandsementdən az fərqlənir. Tutmasının başlanğıcı 30 dəqiqədən 
tez, tutmasının sonu isə 12 saatdan gec olmamalıdır. 


140 
140 
Alüminat sementinin markaları 400, 500 və 600-dür. Bu marka-
lar bərk qatılıqlı məhluldan hazırlanan 3 günlük nümunələrin 
sıxılmada möhkəmlik həddidir. Həmin nümunələrin 24 saatdan sonra 
sıxılmada möhkəmlik həddi 400 markalı sement üçün 23MPa-dan, 
500 markalı üçün 

28 MPa-dan və 600 markalı üçün isə 33 MPa-dan 
az olmamalıdır. 
Alüminat sementi ən bahalı yapışdırıcı maddədir, çünki onun 
istehsalında qiymətli xammal olan boksitdən istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin