Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə134/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   130   131   132   133   134   135   136   137   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
165
Qadınların məruz qaldığı zorakılıq cürbəcür təzahür 
formalarından (fiziki, mənəvi, seksual) başqa, onların fəa-
liyyət göstərdikləri yerlə də bağlıdır. Qadınların 32 %-i do-
ğulduğu ailədə, 58 %-i ərinin ailəsində, 10 %-i isə ictimai 
yerlərdə (işdə, küçədə) zorakılığa məruz qalmışdır. Zora-
kılığın bu növləri arasındakı sərhədlər qeyri-müəyyəndir. 
Belə ki, bəzi hallarda təhqirlərə və döyülməyə eyni vaxt-
da məruz qala bildiyindən zorakılığın ayrı-ayrı formalarını 
fərqləndirmək çətindir. Bundan başqa, qadın bəzən doğul-
duğu ailədə (atası, anası, qardaşı tərəfindən), çox vaxt da 
ərinin ailəsində zorakılığın qurbanı olur (95: 6).
Nə qadının yaşı, nə onun təhsilinin, nə də sosial sta-
tusunun səviyyəsi qadın üzərində zorakılıq hərəkətlərinin 
törədilməsinə elə bir təsir göstərmir. Düzdür, yüksək təh-
silli qadınlar zorakılığa məruz qaldıqları zaman dözümsüz-
lük nümayiş etdirirlər, təəssüf ki, bu hər zaman belə olmur. 
Lakin zorakılıq ailənin maddi vəziyyəti ilə müəyyən qədər 
bağlıdır. Törədilmiş zorakılıq aktlarının 44 %-i gəliri az olan 
ailələrin payına düşür. Zorakılığa məruz qalmış respondent-
lərin 75 %-i pulsuzluğu özlərinin ailə problemi hesab edir. 
Əldə olunan məlumatlar məişət zorakılığının geniş 
yayıldığını göstərir. Bu da öz növbəsində ailədaxili müna-
sibətlərdəki gərginliyin göstəricisidir. Bir tərəfdən, qorxu 
hissi həyat perspektivlərinin məhdudlaşmasına səbəb olur, 
qadınların bərabərlik və inkişaf cəhdlərinin qarşısını alır, 
digər tərəfdən isə, davranışın neqativ sosial streotiplərinin 
formalaşdırılması uşaqların tərbiyəsi üçün normal şərait ya-
radılmasına mane olur. Zorakılığa məruz qalmış qadınların 
yalnız 7 %-i zorakılığı həyatlarını ağırlaşdıran amil kimi 
dərk edir. Bu, zorakılığın həm gündəlik, həm də adi bir hala 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin