Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə97/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   93   94   95   96   97   98   99   100   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
114
Lakin xüsusən, azsavadlı, məhdud dünyagörüşlü ailələr bu 
tip “konsensusu” qəbul etməklə, öz aləmlərində gərginliyi 
sülhlə başa çatdırdıqlarını düşünürlər. 
Qadın və kişi arasında tam bərabərliyə nail olmaq üçün 
kişi və qadının ailə və cəmiyyət daxilində minillərdən bəri 
formalaşmış yoluna, mövcud adət-ənənələrə yenidən nəzər 
salınmalı, münasibətlər köklü surətdə dəyişdirilməlidir. Bu, 
məlum həqiqətdir ki, bütün xalqlarda ailənin əsas ağırlığı 
qadının çiyinlərinə düşür. Qadın evin (ailənin) təkcə iq-
tisadiyyatını deyil, həm də necə deyərlər, mədəniyyətini 
formalaşdırır. Ailədə ən mühüm vəzifə, uşaqların tərbiyəsi 
bilavasitə qadından asılıdır. Psixoloqların qeyd etdiyi kimi, 
əgər qadın uşağı sistemli şəkildə tərbiyə etməyə üstünlük 
verirsə, kişi tərbiyə prosesində ən çox bu vasitədən istifadə 
edir - uşağı qorxutmaq, ona hədə-qorxu gəlmək. 
Bütün çətin situasiyalarda qadın ailə ocağını qoruyub 
saxlamağa çalışır. Hətta dağılan ailələrdə belə ailə yükünü 
yenə qadın çəkməli olur. Cəmiyyətdə mövcud olan patriarxal 
baxışlar qadınlara qarşı yönəlsə də, onlar ən çətin anlarda 
müvazinətlərini itirməməyə, ailə şərəfini qorumağa çalışırlar.
Bu gün bir sıra kütləvi informasiya vasitələri (KİV) cə-
miyyətdə ədalət prinsipinin bərqərar olmasından daha çox, 
zorakılığın təbliğinə geniş meydan verir. Xüsusən qadınla-
ra, qızlara qarşı zorakılığın fasiləsiz nümayiş etdirildiyi ek-
ranlarda qan axır, bədən üzvləri parçalanır, bir sözlə, insan-
lar qətlə yetirilir. Bu cür “əsərlərdə” insan insanın düşməni 
kimi çıxış edir. Bədii və publisistik əsərlərdə də zorakılığın 
böyük “həvəslə” təsvir edilməsi təsadüfdən-təsadüfə rast-
laşdığımız hadisə deyildir. Bu cür “qorxulu əsərlər” istər-
istəməz adamların psixikasına, əxlaqına və mədəniyyətinə 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin