Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 116 lər deyil, müxtəlif şirkət və firmalar, həmçinin məmur və
sahibkarlar da küllü miqdarda xeyir götürürlər. Təkcə bu
faktı xatırlatmaq lazımdır ki, Çeçenistanda aparılan hərbi
əməliyyatlar zamanı tərəflərin hər ikisi eyni növ silahlardan
istifadə edirdi. Daha doğrusu, çeçen yaraqlıları rusların sat-
dığı silahları onların özlərinə qarşı yönəldirlər.
Acınacaqlısı isə budur ki, bütün müharibə və lokal sa-
vaşların zərbələri ən çox qadınlara dəyir. Ajesta Sederberq
Yakobsonun dediyi kimi, müharibələr dövründə cəmiyyət
məhz qadınların çiynində dayanır. Praktik olaraq, bütün konf-
liktlərdə eyni nümunə təkrar olunur: kişilər cəbhəyə gedir,
qadınlar cəmiyyətin funksiyalarını icra etməyi öz üzərlərinə
götürürlər. Hərb başa çatır, sülh dövrü qayıdır, qadınlar geri
çəkilməli olurlar. Adətən, bu vaxt onları sülh danışıqlarına
dəvət etmirlər. Dağıntıların aradan qaldırılması işinin müza-
kirəsində iştirakını təmin etmirlər. Bəlkə də elə bu səbəbdən
dünyada mühüm sülh bərqərar olmur (237: 6).
Biz bəzən, gücün xüsusilə də hərbi gücün, xeyirxah,
lazımlı, ədalətli olmasına görə istifadəsi barədə eşidirik.
Əlbəttə militarizmin bəzi aspektlərini dəstəkləmək olar.
Amerikalı filosof Uilyams Ceyms özünün “Müharibənin
əxlaqi ekvivalenti” əsərində bu məsələyə toxunmuşdur; o
yazır ki, gücün tətbiqini həmişə ədalətsizlik adlandırmaq
olmaz. O bunun üçün Kaliforniya hərbi korpusunun fəa-
liyyətini də misal göstərmişdir, onların işi yüngül toqquş-
maları yatırmaqdan və ətraf mühiti təmizləməkdən ibarət
olmuşdur. Bundan başqa qeyri-fiziki üsullar var ki, onlar
da güc hesab olunur, bir çox pasifistlər gücün istifadəsini
və hətta ölümlə nəticələnən gücün istifadəsini dəstəklə-
yirlər.