Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə107/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   103   104   105   106   107   108   109   110   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
126
məsi, onu qoruması, onun hüquqlarını pozmaması məsləhət 
görülür. “Qadınlar öz həyat yoldaşlarının eşq və məhəbbə-
tinə nail olmalı, onların hüquqlarının qorunmasına laqeyd 
yanaşmamalı və müxtəlif formada onların qəlbini ələ alaraq 
özlərinə cəlb etməlidirlər, çünki hər bir sevgi dolu münasi-
bət ərlərlə qadınlar arasında qarşılıqlı rəğbət hisslərinin art-
masına böyük təsir göstərə bilər (89: 23). İslamda bildirilir 
ki, etiqad və iman artdıqca müvafiq olaraq həyat yoldaşına 
olan eşq və məhəbbəti artmış olur.
Mənəvi tərbiyə məsələlərinə klassik ədəbi-fəlsəfi nü-
munələrdə xüsusi diqqət yetirilmişdir. Hələ e.ə. yaşayıb 
fəaliyyət göstərmiş yunan filosofları həmin problemin ma-
hiyyətinə nüfuz edərək obyektiv qənaətlər ortaya qoymağa 
çalışmışlar. Məhəbbətin gücünə inam bəsləyən böyük yu-
nan filosofu Platon vaxtı ilə yazırdı: “Mənə elə gəlir ki, in-
sanlar məhəbbətin həqiqi qüdrətini tamamilə dərk etmirlər, 
çünki əgər bunu dərk etsəydilər, onlar onun şərəfinə böyük 
məbədlər, səcdəgahlar ucaldar və qurbanlar kəsərdilər. Axı 
Erot, ən insansevər allahdır; o, insanlara sağalmaz xəstəlik-
lərdən xilas olmaqda kömək edir ki, bu cür şəfa bəşər nəsli 
üçün böyük xoşbəxtlikdir (168).
Platon deyirdi ki, qədim dünyada insanlar vaxtilə üç 
cinsdən ibarət olublar. Üçüncü cins özündə həm kişinin, 
həm də qadının əlamətlərini əks etdirib. Onlar çox güclü 
qüvvəyə malik olub, hətta allahlara qarşı çıxmağa cəhd 
ediblər. Onda Zevsin başçılıq etdiyi allahlar məsləhətləşib 
qərara gəliblər ki, bu cinslərin azğınlıqlarına son qoymaq, 
güclərini azaltmaq üçün onları yarıya bölsünlər. “Bədən 
yarıya bölündükdən sonra hər bir yarı özünün digər yarısı-
na həsrətlə, istəklə qovuşmağa cəhd ediblər. Əgər bir yarı 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin