Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə109/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   105   106   107   108   109   110   111   112   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
129
Aristotel kişinin təbiət etibarilə qadına nisbətən rəhbər-
liyə daha çox meyilli olduğunu, yaşlı adamın gənc adama 
nisbətən daha yaxşı rəhbərlik etdiyini göstərir (162; 378). 
Ümumiyyətlə, Aristotel hər bir ailəni dövlətin bir hissəsi 
hesab edir. Ayrı-ayrı hissələrin mənəvi məziyyətləri tam 
məziyyətlərə uyğun gəlməlidir. 
Ingilis filosofu, yeni dövr eksperimental elmin banisi 
Frensis Bekon göstərir ki, vətənə məhəbbət ailədən başla-
yır. Bekon uşaqların doğulmasını insani, yaradılışı isə ilahi 
anlayış hesab edir. 
Ailə maraqları bəzən dövlət maraqlarına xor baxmağa 
məcbur edir. Bekonun fikrincə, kimin həyat yoldaşı, uşağı, 
ailəsi varsa, o sanki taleyə girov verilir, çünki ailə böyük 
bir təşəbbüsün həyata keçməsi yolunda xeyirxah və ya bəd-
xah bir məneədir. Cəmiyyətə ən çox fayda verən öz varları 
və bağlılıqları ilə bu cəmiyyətə qovuşan ailəsiz adamlar-
dır. Ciddi əsasla ehtimal etmək olar ki, kimin uşağı varsa, 
gələcək haqqında daha çox fikirləşməli, özününkülərə ən 
qiymətli özül qoymalıdır. 
Bekon qadın və uşaqları insanlıq məktəbi hesab edir. 
Tənha həyat sürənlər ailəli olanlardan daha səxavətli olsalar 
da, rəhmdilliyə daha yaxın imkanları olsalar da, daha qəd-
dar və hissiyyatsız olurlar (onlardan qəddar inkvizitorlar 
çıxır) (164: 372-390).
Bekonun müasiri Tomas Hobbs ailəni mülki qanunun 
icazə verdiyi, birgə həyat keçirmək üçün kişi və qadın 
arasında müqavilə kimi səciyyələndirirdi. Nikahın möv-
cudluğunu qanuni müqavilə hesab edərək T.Hobbs bir çox 
xalqlarda, məsələn, yəhudilərdə, yunan və romalılarda belə 
qanuni nikahların mövcud olduğunu qeyd edərək, onların 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
130
pozulmasının mümkünlüyünü də göstərmişdir. Bəzi xalq-
larda nikahın pozulmasını dövlət qadağan etmişdir. Şəhvət 
və ehtiras nəticəsində alınan həzz yalnız hissi deyil, ruhi 
həzzdir. Bu şəhvət iki istəkdən yaranır: xoşa gəlmək və 
həzz almaq istəyi. Şəhvət hissi məhəbbət əsasında bir cinsin 
digərindən həzz alması əsasında yaranır. İnsanların, bir-bi-
rinə bəslədiyi məhəbbət yaxınların bir-birindən aldıqları 
həzzdir. Məhəbbətin bir növünü yunanlar eros adlandırırlar. 
Məhəbbət bir-birini sevən insanların tələbatları haqqın-
da təsəvvürlərdir. Məhəbbətə, öz şəxsi keyfiyyətlərinə görə 
ümid bəsləyənlər böyük uğur qazanırlar.
Hobbs ailəni “kiçik monarxiyanın ali hakimiyyəti-
ni özündə əks etdirən hər hansı dövlətin bir hissəsi hesab 
edir. Hobbs ailə mənafeyi naminə ailə üzvlərinin birləşmiş 
qüvvə şəklində həyatlarını xilas etmək üçün məqsədyönlü 
mübarizə aparmaları zərurətini ön plana çəkirdi (179: 649).
Mişel Manten ailədə mənəvi tərbiyəyə xüsusi diqqət 
yetirərək göstərir ki, uşağın təkcə ruhunu deyil, onun bədə-
nini də bərkitmək lazımdır. Mişel Manten ailədə uşaqlarda 
təvazökar, vicdanlı, ağıllı olmaq və s. müsbət mənəvi key-
fiyyətlərin tərbiyə olunmasını tövsiyə edir. Uşağı hər şeyə 
öyrətməyi məsləhət görən filosof onu fiziki cəhətdən də 
güclü bir gənc kimi yetişdirməyi məsləhət görür. M.Manten 
zorakılığı qəti surətdə pisləyir: “Mən şərəf və azadlığa hör-
mət ruhunda böyüyən gəncin tərbiyəsi zamanı hər cür zo-
rakılığı mühakimə edirəm. Qəddarlıq və məcburiyyətdə bir 
qul psixologiyası var. Hər şeyi gücün deyil, ağılın köməyi 
ilə əldə etmək lazımdır”. 
Mişel Manten xoşbəxt ailənin əsas göstəriciləri kimi 
əmin-amanlıq, qarşılıqlı güzəşt və xəyanətsiz birgə həyatı 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin