Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
127
ölürdürsə, sağ qalan digər yarı özünə başqa yarı axtarırdı”
(227: 118).
Platon məhəbbətlə ailə qurmağı allahın bəxş etdiyi ən
böyük səadət, nemət hesab edir: “Bizə bu neməti bəxş et-
miş allaha, Erota şükür edirik. Erot indi də bizə çox böyük
bir fayda verir, bizi bizə yaxın və doğma, əziz olanlarla
birləşdirir. Allahlarla hesablaşanları xoşbəxt, gözəl gələ-
cək gözləyir, insanları öz ilkin, bütöv təbiətlərinə qayta-
rır” (227: 135).
Platon ideal dövləti qadın və uşaqların ümumiliyi hesab
edirdi. İdeal dövlətdə müharibədə iştirak edən gənclərə mü-
kafat olaraq daha çox qadınla yaxınlıq etməyə imkan veril-
məlidir ki, daha güclü dövlətlər olsun. Yaxşı valideynlərdən
olmuş uşaqları xüsusi yerlərdə saxlayıb böyütmək, pis vali-
deynlərdən olanları gizli yerlərdə saxlamaq lazımdır.
Ailə qurmaq üçün qadınlara 20 yaş, kişilərə 30 yaş
həddi müəyyən edilmişdi. “Qadın dövlət üçün qoy 20 yaş-
dan 40 yaşadək doğsun, kişilər üçün qaçış üçün ən yaxşı
vaxtdan başlayaraq 55 yaşadək dövlət üçün nəsil artırmaqla
məşğul olmalıdır”. Məhz bu zaman fiziki və ruhi-mənəvi
çiçəklənmə baş verir.
Platon fəlsəfi fikirlərində ailədə fiziki və mənəvi tər-
biyənin vəhdətinə xüsusi önəm vermişdir. Platona görə
vətəndaş öz qadınından başqa heç bir digər azad doğulmuş,
nəcib xanıma toxunmamalı, “öz qanuni ailəsini dinin rəva
görmədiyi qeyri-qanuni məşuqələrlə əlaqə” nəticəsində
məhv etməməlidir. Qadınlar da kişilərlə qeyri-təbii, bəhrə-
siz əlaqələrə yol verməməlidirlər (227: 324-326).
Qədim yunan filosofu Aristotel də ailə münasibətləri,
ailədə mənəvi, cinsi və fiziki tərbiyə haqqında bu günün
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
128
özündə belə qiymətli olan fikirlər söyləmişdir. O yazırdı
ki, hər bir dövlət müəyyən bir ünsiyyəti əks etdirir, hər bir
ünsiyyət isə hər hansı rifah naminə təşkil edilir, bütün ün-
siyyətlər bu və ya digər rifahı əldə etməyə cəhddir. Bu ün-
siyyətlər içərisində Aristotel dövləti, siyasi ünsiyyəti əsas
hesab edir.
Aristotel dövlətdə ailəyə xüsusi yer ayırır. O, ailəni qa-
dın və kişinin nəsil artırmaq üçün bir-birlərindən ayrı möv-
cud ola bilmədiklərini nəzərə çarpdıraraq qeyd edir ki, bu
birləşmə şüurlu qərar əsasında deyil, bütün canlılara və bit-
kilərə xas olan özündən sonra özünə bənzər varlıq qoymaq
kimi təbii cəhddən asılıdır.
Cüt birləşmələr həm də qarşılıqlı özünümühafizə
məqsədilə yaradılır. O, birinciləri öz təbiətinə və əqli xüsu-
siyyətlərinə görə uzaqgörən, hakim, hökm verən, ikinciləri
isə öz fiziki gücünə görə tapşırıqları yerinə yetirən qul he-
sab edir. Aristotel vəhşilərdə qadın və qulun eyni vəziyyət-
də olduqlarını, onlarda yalnız bir ünsiyyətin qul və qul-qa-
dın ünsiyyətinin mövcud olduğunu göstərir. O, vəhşini və
qulu təbiətləri etibarilə eyni hesab edir. Aristotelin fikrincə,
ilkin ünsiyyət formalarindan biri ailədir.
Dövlət təbii əmələ gələn ilkin ünsiyyətin – ailənin məh-
suludur. Aristotelə görə ailələrin yaranması, inkişafı, fiziki
və mənəvi tərbiyəsi son nəticədə dövlətin təkmilləşməsinə
təsir edir.
Dövlət mövcud olan varlıqlara məxsusdur. İnsan öz tə-
biəti etibarilə siyasi varlıqdır. Kim öz təbiəti etibarilə döv-
lətdən kənarda yaşayırsa, ya mənəviyyatca naqis olan var-
lıqdır, ya da fövqəlinsandır. Belə varlıqları Homer “nəsilsiz,
qəbiləsiz, qanundan kənar, ailəsiz” varlıq adlandırırdı.
|