Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə104/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   100   101   102   103   104   105   106   107   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
123
yin boynunu əyməsi gərək” deyilirdi. Yaxşı qadın “evin da-
yağı” kimi qəbul edilirdi. Qadın evdə ərinin yardımçısı idi. 
Bayırda, döyüşdə də ərinin yanında olardı. 
Türklərdə ev, ailə, qadın ən dəyərli nemətdir. Ailə əxlaq 
tərbiyəsi məktəbi idi. Ailədə gözəllik, sevimlilik, dadlılıq, 
ədəb, böyükləri ağırlama, sözünü yerinə yetirmə, sadəlik, 
igidlik və mərdlik tərbiyə edilirdi. Türk ailələrində yalana, 
zülmə, acgözlüyə, tamahkarlığa, hiddətliyə, sözündən dön-
məyə nifrət edilirdi (278: 273-276).
Qadınların daim alçaldılması, təhqir edilməsi, əzab- 
əziyyətə, zülm və zorakılığa məruz qalması, zehni və 
əməli müstəqillikdən məhrum olması, onların alınıb-satıl-
ması, tam hüquqsuzluğu, qız uşaqlarının öldürülməsi və s. 
kimi “adətlər” əsrlər boyu davam etmişdir. 
Azərbaycan ailəsinin mənəvi və cinsi tərbiyəsində is-
lam dini mühüm rol oynamışdır. Ailə üzvlərinin hüququ
mənəvi-əxlaqi və cinsi münasibətlərin tənzimlənməsinə 
dair ən kamil sistemlərdən olan müsəlman hüququna (fiqh) 
dair dəyərli müddəalar Qurani-Kərimdə, ilahi hökmlər
Peyğəmbər Əleyhəsalamın hədislərində mövcuddur. Bu 
müqəddəs kəlamlarda və göstərişlərdə qadın və kişilərin 
bir sıra mənəvi və cismani özəlliklərinin olduğu göstərilir. 
Burada qadının saf mənəviyyatına və tərbiyəliliyinə yüksək 
qiymət verilir, onun övladlarının fiziki və mənəvi tərbiyə-
sində əvəzsiz rolu açıqlanır. İslamdakı bir çox müddəalarda 
hətta qadın və kişi hüququ eyni dərəcədə qiymətləndirilir. 
Lakin idarəetmə, düşmənlərlə qarşı-qarşıya gəlmə, hakim-
lik və vəkillik kimi işlərdə kişilərə daha çox öhdəlik verilir.
Qadının maddi ehtiyaclarının ödənilməsi, onun mənzil 
şəraiti, qidalanması, geyimlə təmin olunması, sağlamlığı 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin