Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 122 siz və qiymətsiz varlıqlar kimi baxılmışdır. Vaxtilə cahillik
dövründə ərəblər arasında çoxərliliyə əsaslanan “rəhm” ni-
kahı mövcud idi. Qadınlar o vaxt ancaq kişilərin cinsi eh-
tiyaclarının ödənilməsi vasitəsinə çevrilmişdilər. Var-dövlət
əldə etmək, maddi ehtiyacları ödəmək üçün namussuzluq
və əxlaqsızlıq hökm sürürdü: kişiilər özlərindən daha üstün
nəslin varisini əldə etmək üçün öz arvadlarını başqa şəxslə-
rin (gözəl və vəzifəli şəxslərin) ixtiyarına verirdilər (89: 8).
Professor Bahaeddin Ogel və Professor Abülkadir İnan
türklərdə yalnız patriarxal ailələrin, “baba ailəsinin” möv-
cudluğunu göstərirlər. Onlar türk ailəsini dövlət və ordunun
təməli hesab edir, gənclərin ailələrini qorumaq üçün savaşa
getdiklərini, ailə, toplum və dövlətin sıx bağlılığını, türklərin
Göytürk, Səlcuq, Osmanlı dövrlərində, Oğuz və türkmənlər-
də dövlətin yaranması ailənin yararı kimi qəbul olunduğunu
qeyd edirdilər. Türklərdə ailə bölünməz idi, oğulu ata, qızı
isə ana tərbiyələndirirdi. Türklərdə ailənin əsasını ata, oğul
və onların törəmələri təşkil edirdi. Ailə quran qızlar və onla-
rın ailələri ailədən sayılmırdı, ancaq daha güclü ola bilmələri
üçün ailələr dədənin idarəsi altına toplanırdılar. E.ə. 169-cu
ildən bəri türklərdə “ailə sığortası” mövcud idi. Ailəni ata-
dan sonra ana təmsil edirdi. Ananın yeri atanın digər əqrəba-
larından irəli idi. B.Ögel türk tarixində qadınların hökmdar-
ların naibi ola bilmələrinin və ya dövlət içində böyük bir söz
sahibi olmalarının da bundan irəli gəldiyini göstərir. Qədim
türklərdə “oğul”, övlad mənasını bildirirdi, istər qız, istərsə
də oğlan olsun. Qızla oğlan arasında ayrılıq yox idi. Qadın
evin sahibi idi. Ona “evçi” və ya “evdaş” deyirdilər. Qadın
“baş yoldaşı, bikə ev şənliyi, yanışıq” hesab edilirdi. Qadına
hörmət, etiram, məhəbbət bəslənirdi. “Ayıbsız qadına erkə-