Azad (təkmil) rəqabətin əsas əlamətləri.
Bu rəqabət mühitində iştirakçıların
sayı məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq
baxımından mütləq mənada sərbəstliyə malikdirlər. Azad rəqabətə misal olaraq hər
bir vətəndaşın sahibkarlıq fəaliyyəti ılo məşğul olması və öz fəaliyyətini
dayandırmaq hüququnu göstərmək olar. Bu hüququn özü belə müxtəlif aspektləri
əhatə edir. Belə ki, fəaliyyət sahəsi müəyyənləşdirilir, ona uyğun bu və ya digər
strukturlar formalaşdırılır, muzdlu işçilər cəlb edilir, səhmlər alınır, dövlət is-
tiqrazları cəlb edilir, investisiya qoyuluşu təmin olunur və s. Azad rəqabət şəraitində
vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi mümkündür. Azad rəqabət
sistemində istehlakçıların diskriminalının bütün formaları istisna olunur.
Azad rəqabət şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq
mənada mobil xarakter daşıyır, yəni daim hərəkətdə olur. Azad rəqabət mühitinin
iştirakçılan öz maliyyə resurslannı sadəcə olaraq yerləşdirmir, əksinə, gəlirlərin
artmasına yönəldirlər. Eyni zamanda istehsal və satışın genişlənməsi baxımından
kapitalın yerinin dəyişdirilməsi də həyata keçirilir. Bu isə yalnız o halda mümkündür
ki, həmin sahəyə əlavə resurslar cəlb edilir, qabaqcıl texnologiya tətbiq edilir.
Hər bir rəqabət iştirakçılarının tam informasiya (tələb, təklif, qiymət, mənfəət
norması və s. haqqında) əldə etməsi səhmlərin eəlb edilməsinə, məhsul satışında,
daşınmaz əmlakın alınmasında ən düzgün və optimal variantların seçilməsinə imkan
verir. Sonuncu halda iştirakçı dərk etməlidir ki, qoyulmuş səhmlər ona maksimum
gəlir əldə etməyə imkan verməlidir. Məhsulun müxtəlif mənada eyni adlı və yeni
növlü olması ticarət markalarının və məhsulun keyfiyyətinin digər fərdi
xarakteristikasının məhdudlaşdırılmasım özündə əks etdirir.
Dostları ilə paylaş: