Bazar münasibətlərinin gələcək inkişafı sahibkarlıq üçün əlverişli sosial-iqtisadi
şərait yaratmağı nəzərdə tutur. Sahibkar və sahibkarlıq dedikdə burada nə nəzərdə
tutulur və bu anlayışın mahiyyəti nədən ibarətdir?
Bu anlayış iqtisad elminə ilk
dəfə XVII əsrin sonu XVlIl əsrin əvvəllərində ingilis iqtisadçısı Riçard
Kantilyon tərəfindən gətirilmişdir.
O, “ticarətin təbiəti haqqında təcrübə” əsərində
belə bir ideya irəli sürmüşdür ki, sahibkar risklər şəraitində fəaliyyət göstərən
insandır. R. Kantilyon torpağı və əməyi iqtisadi sərvətin mənbəyi hesab edir və
maddi nemətlərin dəyərini bu amillərdə axtarır.
XVIII əsrin sonu XX əsrin
əvvəllərində məşhur fransız iqtisadçısı J. Sey “Siyasi iqtisadın traktatları” adlı
əsərində sahibkarlıq fəaliyyətini, istehsalın üç amili - torpaq, kapital, əməyin
birləşdirilməsi ilə xarakterizə edirdi.
O, öz əsərində həm də ingilis sahibkarlarının
istedadını və İngiltərədə sənayenin müvəffəqiyyətli inkişafını da əsas amillərdən biri
kimi qeyd edir. Əsərdə əsas tezis kimi sahibkarlığın məhsul istehsalında fəal rolu
göstərilir, J. Seyin mülahizələrinə görə, sahibkarın gəliri onun əməyinə, təşkilatçılıq
qabiliyyətinə görə əldə etdiyi qazancdır. Onun fikrincə, sahibkar - bu və ya digər
məhsul istehsal etmək üçün öz • kapitalı və təşəbbüskarlıq qabiliyyətilə riskə gedən
şəxsdir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, iqtisad elminin klassiklərini bu problem
o qədər də dərindən maraqlandırmamışdır. Ona görə də sahibkarlıq fəaliyyəti elmi
təhlilin, demək olar ki, predmetinə çevrilməmişdir. İngilis iqtisadçı alimləri A. Smit
və D. Rikardo iqtisadiyyata özünü tənzimləyən mexanizm kimi baxmışlır. Lakin bu
mezanizmdə yaradıcı sahibkarlığa əhəmiyyətli yer verilməmişdir. Bununla yanaşı
A. Smit sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını verməyə cəhd etmişdir.
Dostları ilə paylaş: