- iqtisadi mənafe, maddi maraq. Belə ki, sahibkarlıq fəaliyyətində başlıca
məqsəd maksimum mənfəət əldə edilməsidir;
-
təsərrüfat riski və məsuliyyət.
2. SAHIBKARLIQ FƏALIYYƏTININ TƏSNIFATI VƏ MÜASIR
FORMALARI.
Sahibkarlıq fəaliyyəti sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti
subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə üsullannı,
sahibkarın dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.
Mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi,
müstəqil olaraq fəaliyyət sahələrinin seçilməsi və iqtisadi qərarların qəbul edilməsi
əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait
yaradılması sahibkarlıq fəaliyyətini xarakterizə edən cəhətlərdəndir.
Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi
şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və
əmlak rnf’sulivyəti ilə. vaxud digər hüquqi və ya fiziki şəxslərin adından
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o
cumlədəıı iftəhsüi istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata
keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.
Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən
və sahəsindən asılı olmayaraq beynəlxalq hüquqi öhdəlikləri ilə tənzimlənir.
Dostları ilə paylaş: