yaradılması zamanı təsisçi şəxslərdər əlavə ikinci qeyri bir təsisçi iştirak etmir və
həmin müəssisə mülkiyyətçi qismində yalnız həmin şəxsə mənsubdur. Dövlət
müəssəsinin yaradılmasında təsisçinin tələb olunmaması isə mülkiyyətçinin dövlət
təsərrüfat səlahiyyətləri ilə bağlılığıdır.
Müəsisənin ləğvi və yenidən təşkil edilməsi
(birləşmə, bölünməsi, ayrılması,
çevrilməsi) əmlak mülkiyyətçilərinin müəssisələr yaratmağa vəkil edilən orqanın,
yaxud mühakimənin qəran ilə həyata keçirilir.
Ləğv olunan müəssisəyə
kreditorlann iddialan həmin müəssisənin əmlakından ödənilir. Bu halda ilk
növbədə əmək haqqı, büdcəyə borclar ödənilir və ləğv edilən müəssisədə istifadə
də olan torpaqlann rekultivasiyası ilə bağlı xərclər kompensasiya olunur.
Mülkiyyət və təşkilat-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrin
hüquq və mənafelərinin müəyyənləşdirilməsi üçün bərabər şəraitin yaradılmasına
dövlət tərəfindən təminat verilir.
Dövlət və digər orqanlar, yaxud onların vəzifəli şəxsləri tərəfindən verilmiş
nəticə etiban ilə müəssisənin hüquqlarını pozmuş göstərişlərin yerinə yetirilməsi
nəticəsində, habelə həmin onqanlann və vəzifəli şəxslərin müəssisə barədə
qanunvericilikdə nəzərdə tutulan vəzifələrin zazımınca yerinə yetirilməməsi
nəticəsində müəssisəyə dəymiş zərər və orqanlar və vəzifəli şəxslər tərəfindən
ödənilməlidir.
Müəssisə rəhbərliyi müiəssisə adından etibarnamə olmadan fəaliyyət göstərir,
onun mənafelərini
bütün müəssisələrdə, idarə və təşkilatlarda təmsil edir,
müəssisənin əmlakı barədə sərəncam verir, müqavilələr, o cümlədən əmək
müqavilələri bağlayır, banklarda hesablaşma he- .sabı və digər hesablar açır,
vasitələri yönəltmək hüququndan istifadə edir, idarənin aparatının ştatlarını təsdiq
edir, müəssisənin bütün işçilərinə şamil edilən əlavə göstərişlər verir.
Müəssisənin fəaliyyətinin tənzimlənməsi aşağıdakı istiqamətdə apanlır.
Müəssisə
istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərdiyi xidmətlərə
tələbatı, habelə istehräl və sosial inkişafin təmin edilməsi, onun işçilərinin şəxsi
gəlirlərinin artması zəruriliyini nəzərə alaraq öz fəaliyyətini müstəqil planlar və
inkişaf prempektivi əsasında müəyyən edir.
Müəssisənin məhsullarına, işlərinə və xidmətlərinə olan ictimai toləbatm
ödənilməsi dövlət tərəfindən iqtisadi üsullarla tənzimlənir. Planlann əsasım
istehsal olunan məhsulun,
görülən işlərin, göstərilən xidmətlərin istehlakçılan
(alıcıları) və maddi-texniki ehtiyatlann tədarükçüləri ilə bağlanmış müqavilələr
təşkil edir.
Müəssisədə təsərrüfat fəaliyyətinə aid maliyyə nəticələrinin ümumiləşdirilmiş
göstəricisi mənfəətdir. Büdcəyə vergiləri və digər ödənişləri verdikdən sonra xalis
mənfəət müəssisənin sərəncamma daxil olur. Müəssisənin nizamnaməsində digər
qayda nəzərdə tutulmamışdırsa o, xalis mənfəətdən müstəqil istifadə edir.
Müəssisə öz məhsulunu, işlərini, xidmətlərini istehsalat tullantılarını müstəqil,
yaxkd müqavilə ilə müəyən etdiyi qiymətlər və tariflər üzrə, qanunvericilikdə
nəzərdə tutulan hallarda isə dövlət qiymətləri vo tarifləri üzrə satır. Müəssisə
dövlət tərəfindən qoyulan qiymətləri vo onlann həddlərini, məhsula, işlərə,
xidmətlərə müəyyənləşdirilən
tarifləri pozsa, o zaman artıq qazanılan məbləğ
dövlət büdcəsinin hesabına keçirilməlidir. Bundan əlavə müəssisə
qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə cərimə olunur.
Müəssisənin maliyyə ehtiyatlarının formalaşması mənbəyini mənfəət,
amortizasiya ayırmalan, qiymətli kağızlarm satışmdan əldə edilən vəsait,
fiziki və
hüquqi şəxslərin paydan və digər daxilolmalar təş- kil edir.
Müəssisənin bütün haqq-hesabları, o cümlədən büdcəyə ödənişləri və əmək
haqqınm verilməsi təqvim növləri ilə hesablaşma sənədləri
(ödəniş müddətləri
çatdıqca) daxil olduqca icra edilir. Müəssisənin öz öhdəlikləri üzrə digər
müəssisələrlə hesablaşmaları, bir qayda olaraq, bank idarələri vasitəsi ile nağdsız
qaydada aparılır.
Müəssisə pul vəsaitlərini saxlamaq və bütün növ hesablaşmaları, kredit və
kassa əməliyyatlarını həyata keçirmək üçün istənilən bankda hesablaşma hesabı
və digər hesablamalar aça bilər.
Müəssisə öz işlərinin nəticəsinin
operativ və mühasibat uçotunu, statistika
hesabatlarını apırır. Müəssisənin vəzifəli şəxsləri dövlət hesablaşmalarını təhrif
etməyə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Müəssisənin kommersiya sirri dövlət sirri olmayan, müəssisənin istehsalatı,
texnoloji informasiyası, idarəetməsi, maliyyə və digər növ fəaliyyəti ilə bağlı olan
və yayılması nəticəsində müəssisəyə zərər vura bilən məlumatlardır. Bu
məlumatların yayılmasına və onların mühafizə qaydalarının pozulmasına görə
məsuliyyət müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Dostları ilə paylaş: