tam hüquqlu üzvlərinin sayı müəyyənləşdirilmiş normalardan yüksək olur.
Fyuçers birjasında üzlüyə namizəd nəzərdən keçirilərkən
namizədin üzərinə
götürülən maliyyə öhdəlikləri ön plana çəkilir və ona diqqət yetirilir. Hər bir namizədə
birjada fəaliyyət göstərən iki üzvün rekomendasiyası tələb olunur. Namizədlərdən
ərizə qəbul edildikdən sonra birja üzvlərinə məlumat verilir. Onlar namizədlərə qarşı
öz fikirlərini bildirirlər. Namizəd haqqında məsələyə yeni üzvlük üzrə komissiyalarda
baxılır və bundan sonra direktorlar şurasına rekomendasiya verilir. Bir sıra fyuçers
birjasında direktorlar şurası tərəfindən namizədə müsbət
reaksiya verildikdə onun
üzvlük haqqında xahişinə icazə verilir. ABŞ birjasında üzvlüyə qəbul edilən namizəd
diqqətlə yoxlanılır və onların maliyyə öhdəliklərinə,
ödəmə qabiliyyətinə xüsusi
diqqət yetirilir. Qayda və proseduralar birjanın reqlamentində göstərilir. Məsələn,
Çikaqo ticarət birjasının qaydalarına görə birja üzvlüyünə ərizə yazmış şəxs müəyyən
maliyyə xarakterli tələbləri təmin etməli, birjanın
iki üzvü həmin namizədə
rekomendasiya verməlidir. Bu baxımdan birjada bütün namizədlər diqqətlə öyrənilir.
Ərizə vermiş namizədin birja fəaliyyətinin həyata keçirilməsində dəqiqlik və nüfuz
məsələsinə xüsusi diqqət yetirilir. Analoji təlimatlar digər ölkələrin birjalarında da
özünü göstərir.
Birja üzvlərinə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar bir sıra hüquqlar
verilir. Birja üzvlərinə imtiyazlar da verilir. Ticarət zalında aparılan alqı-satqı
əməliyyatlarma görə verilən haqların həcmi azaldılır.
Hər bir fyuçers birjasının üzvləri ticarət zalında
əməliyyatlar aparmaq və
müqavilələr bağlamaq hüququna malikdir. Birja üzvü olmayanlar öz sifarişlərini birja
üzvləri vasitəsi ilə verməlidirlər. Hər bir fyuçers birjasında tələb edilir ki, birja üzvləri
əvvəlcə ticarət proseduraları ilə bağlı biliklərini, həmçinin ticarət zalında alqı-satqı
əməliyyatları aparmaq, müqavilələr bağlamaq qabiliyyətini nümayiş etdirsinlər.
Bundan sonra onlar əməliyyat zalına buraxmaq hüququ verən ticarət yarlığı əldə edə
bilərlər. Bu qaydaların tətbiq edilməsində məqsəd ticarətçilərin əməliyyat zalında
fəaliyyətlərini yüksəltməkdir.
Birjanın idarə edilməsində birja üzvləri iştirak etmək hüququna malikdirlər.
Bundan əlavə birja üzvlərinə birjanın formalaşması qaydasının təkmilləşdirilməsində,
iri miqyaslı kontrakt şərtlərinin müəyyən edilməsində,
birja üzvü olmayanlardan
informasiyalar əldə etməkdə səlahiyyətlər verilir.
Birjanın iflasa uğramasına görə birja üzvləri məsuliyyət daşıyırlar. Birjanın
hesabat palatasında aparılan əməliyyatın yerinə yetirilməməsinə görə daşınılan
məsuliyyətin əhəmiyyəti böyükdür. Birja üzvləri hər bir birja tərəfindən
müəyyənləşdirilmiş qaydaları, birja komitəsinin qərarlarını,
birja fəaliyyətini
tənzimləyən dövlət orqanlannın qərarlarını yerinə yetirməyə borcludurlar.
Dostları ilə paylaş: