Birjalarda ayrı-ayrı məhsulların iri partiyalarla nümayiş
etdirilməsi ticarətin
səmərəli həyata keçirilməsinə imkan verməmişdir. Amsterdam birjaları qiymətli
kağızlarla aparılan əməliyyatlar baxımından birinci birjalar hesab edilir.
İlk dövrlərdə yaranmış birjalarda real əmtəələrə daha çox üstünlük verilirdi.
Buna da real əmtəə birjaları deyilirdi. Həmin birjalar bilavasitə ticarətin tələbatına
xidmət edirdi, XIX əsrdə bu cür birjalar Avropanın əksər ölkələrində, həmçinin
Şimali Amarikada və Yaponiyada geniş yayılmışdır.
Birja ticarətinin iştirakçıları haqqında müxtəlif
ölkələrdə müxtəlif cür
yanaşmalar mövcud olmuşdur. Bu yanaşmada birjalar iki növ müxtəlifliyi ilə
fərqləndirilir; açıq və qapalı birjalar.
Açıq birjalarda ticarət bilavasitə təsərrüfat münasibətlərinin iştirakçılarının
özləri vasitəsilə həyata keçirilir. Bu zaman real əmtəələrin satıcıları və alıcıları bu
və ya digər ticarət imkanlarına malik olurlar. Alqı-satqı əməliyyatlarının həcminin
artması ilə əlaqədar ixtisaslaşmış iştirakçıların cəlb edilməsinin zəruriliyi də
meydana çıxır. Bu isə satıcılara və alıcılara əməliyyatlann
həyata keçirilməsi
zamanı vaxt itkisinin qarşısını almağa imkan verir. Keçid dövründə əksər hallarda
qanşıq tipli açıq birjalar da fəaliyyət göstərir. Qarışıq tipli açıq birjalarda satıcılar
və alıcılarla yanaşı vasitəçilər də iştirak edirlər.
Qapalı birjalarda ticarət yalnız ixtisaslaşmış iştirakçılar tərəfindən həyata
keçirilir. Qalan şəxslərin isə birjaların fəaliyyət göstərdiyi əraziyə daxil olması
qadağan edilir. Qapalı birjaların fəaliyyəti əməliyyatların həyata keçirilməsi ilə
bağlı müştərilərdən alınan sifarişlərlə sıx əlaqədardır. Birjalar müştərilərlə alqı-
satqı əməliyyatlarını həyata keçirmək məqsədi ilə birjanın
yerləşdiyi xüsusi
binanın ərazisində xüsusi xidmət strukturları yaradırlar.
A. Filippovun qeyd etdiyi kimi, birjaların birinci tipinə - birja iştirakçılarının
ümumi yığıncağı aid edilir. Bu qəbildən olan birjaların fəaliyyətinin tənzimlənməsi
heç bir qanunvericilik normalarına malik olmur və həmin birjaların fəaliyyətinin
tənzimlənməsi son dərəcə məhdud xarakter daşıyır. Hakimiyyət orqanları bu cür
birjaların fəaliyyətinin ümumi qaydalarına nəzarət etməklə öz funksiyalarını bitmiş
hesab edirlər. Hər bir arzu edən şəxs birjanın fəaliyyətində iştirak edə bilər.
Birjanın yerləşdiyi məkan istər hakimiyyət orqanlarının və istərsə də hər hansı
şirkətlərin ərazisi ola bilər. Bu cür tipli birjalar Hollandiyada, Belçikada, Fransada
fəaliyyət göstərirlər.
İkinci tip birjalar - bu birjaların fəaliyyəti dövlət tərəfindən hərtərəfli
qaydada reqlamentləşdirilir. Bu tip birjaların fəaliyyəti zamanı birja ticarəti
qanunvericilik aktları vasitəsi ilə tənzimlənir. Həmin
birjalar inzibati nəzarət
altında fəaliyyət göstərirlər. Birjaların iştirakçıları korporasiyalar təşkil edirlər.
Birjaların özləri öz iştirakçılarının açıq yığıncağını çağırırlar. Birja komissiyasının
üzvləri birja iştirakçıları tərəfindən deyil, müvafiq dövlət instansiyaları tərəfindən
təyin edilir. Bu tip birjalara Almaniyada fəaliyyət göstərən birjaların əksəriyyəti
aid edilir.
Üçüncü tip birjalara - qapalı tipli birjalar aid edilir. Həmin birjalarin
fəaliyyəti dövlət tərəfindən hərtərəfli qaydada reqlamentləşdirilir. Bu halda birja
ticarətinin iştirakçıları korporasiyalar şəklində birləşirlər və birja komitəsi onların
sayından asılı olaraq seçilir. Seçilmiş birja komitəsi hökumət orqanlanna ciddi
şəkildə tabeçilik göstərirlər. Bundan əlavə birjaların
fəaliyyəti qanunlarla
reqlamentləşdirilir
və inzibati nəzarət altında saxlanılır. Alqı-satqı
əməliyyatlarında biıra korporasiyalarının üzvləri ilə yanaşı kənar şəxslərin də
iştirakına yol verilir. Lakin bu proses xüsusi icazə və məhdud hüquqlarla həyata
keçirilir. Bu tip birjalara Avstraliya, Macarıstan və Rusiyada rast gəlinir.
Nəhayət birjaların dördüncü tipinə - sərbəst
korporasiyalar və ya xüsusi
təsisçilər aid edilir. Bu şəraitdə birja dövlətin müdaxiləsi olmadan yaradılır və
xüsusi şirkətləri özündə birləşdirir. Bu tip birjalara ABŞ və Böyük Britaniyada rast
gəlinir. Birjanın rəhbərliyi birja komitəsini yaradır və həmin komitəyə geniş
səlahiyyətlər verir. Birja komitəsinin üzvləri birja üzvlərinin ümumi yığıncağında
seçilir. Bu tip birjalar qapalı hesab edilir.
XIX əsrin ikinci yarısından etibarən birjalann yeni növləri - fyuçers birjaları
və ya təcili kontraktlar birjası meydana gəlməyə başlamışdır. Əvvəlki birjalardan
fərqli olaraq fyuçers birjalan digər funksiyalar da yerinə yetirirlər. Həmin dövrdən
ticarətin və istehsalın daha çox inhisarlaşması ilə əlaqədar olaraq real əmtəə
birliklərinin rolu və əhəmiyyəti azalmağa başladı. Buna baxmayaraq qiymətqoyma
və risklərin sığortalanması mühüm əhəmiyyət kəsb edirdi.
Əmtəənin özünəməxsus rolundan asılı olaraq birjalar aşağıdakı təyinatları
üzrə fərqlənirlər:
- beynəlxalq təyinatlı birjalar;
- regional təyinatlı birjalar;
- milli təyinatlı birjalar
Dostları ilə paylaş: