qaydalarının tədricən aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin
getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz
əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu
sahədə ayrı-ayrı ölkələrin təcrübəsinin, onun müsbət
və mənfi cəhətlərinin
öyrənilməsi məqsədəuyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik
olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın
həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır.
Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə
əsas verir ki, cəmiyyətdə
gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir
sübuta ehtiyacı yoxdur.
Azərbaycan dövlətinin uzunmüddətli sosial-iqtisadi siyasətinin məqsədi
əhalinin həyat səviyyəsini tədricən yüksəltməkdən,
sosial bərabərsizliyi
azaltmaqdan, ölkənin müstəqilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan,
dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən
ibarətdir. Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında duran vəzifələrə, iqtisadi
subyektlərin və ictimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına
uyğun gəlməlidir.
Cəmiyyətimizdə Azərbaycan xalqının ənənələrinə və müasir dövrün tələblərinə
cavab verən sərbəstlik,
məsuliyyət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli,
dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes arasında etibarlı və
qarşılıqlı münasibətlər formalaşdırılmalıdır. Bunlara
uyğun olaraq ölkənin sosial-
iqtisadi inkişafının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funksiyalarının
prioritetləri müəyyənləşdirilməlidir.
Ölkəmizdə bazar münasibətləri şəraitində qarşıda duran ən mühüm vəzifə
səmərəli fəaliyyət göstərən bacarıqlı mülkiyətçilərin formalaşdırılmasından
ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin
strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri
kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikasinin qanununda
sahibkarliğin dövlət tərəfindən tənzimlənməsi aşağıdakıları nəzərdə tutur.