prosesinin uzunmüddətli nəticəsi olub əmtəə bazarının təşkilati növlərindən biri
kimi fəaliyyət göstərir. Topdansatış ticarətinin yaranmasının ilkin forması karvan
və səyyar ticarət hesab edilir. Tarixi təkamül prosesilə
əlaqədar karvan ticarəti
yarmarka ticarəti ilə əvəz edilməyə başladı. Yarmarka sözünün almanca mahiyyəti
“müntəzəm olaraq hər il təşkil edilən bazar” deməkdir. Bu ifadə ticarətin həmin
formasının müntəzəm fəaliyyət göstərməsini bilavasitə sübut edir.
Müəyyən mərhələlərdə ticarətin təşkilinin yarmarka qaydası
bu ticarət
formasının, demək olar ki, bütün iştirakçılarım təmin edirdi. XVI əsrdə Amerikanın
kəşf edilməsi və Avropada kapitalizmin sürətli inkişafı ile əlaqədar ticarətin
mövqeyi də getdikcə güclənməyə başladı. Artıq ticarət mərkəzləri bu və ya digər
yerlərdə dövri olaraq deyil, daimi fəaliyyət göstərməyə başladı. Bundan əlavə artıq
ixtisaslaşmış ticarət mərkəzləri formalaşmağa başladı.
Bü da öz növbəsində
topdansatış mağazalarının, başqa sözlə biqalann yaranmiasına gətirib çıxarmışdı.
Birja terminin yaranma tarixi ilə bağlı bu və ya diger versiyalar mövcud
olmuşdur. Birjanın yaranması Belçikanın paytaxtı Bryuqqe şəhərinin adı ilə
bağlıdır. Hansı ki, bu şəhər əksər Avropa ticarət yollarının
kəsişdiyi yerlərdə
yaranmışdır. Ona görə də xristian xalqının maklerləri bu yeri xüsusi sahə kimi
seçmiş və alqı-satqı əməliyyatları üçün bura toplanardılar. Bu alqı-satqı
meydançası (sahəsi)
Belçikanın paytaxtı Bryuqqedə böyük
mülkə malik iri makler
kontorunun sahibkan cənab Vande Bursanın adı ilə də burse adlandırılırdı.
Firmanın gerbi (üç dəri pul çantasının təsviri göstərilmiş)
binanın üstünə
vurulmuşdur. Kontraktların sahibi öz evini tacirlərin toplandığı yer üçün vermiş və
zaman keçdikcə bu proses ticarətin bir forması kimi təşəkkül tapmışdır.
Ümumiyyətlə götürdükdə isə ilkin olaraq təşəkkül tapmış
birjalar üçün
mehmanxanalar və çayxanalar xarakterik olmuşdur. Sonralar isə birjalar üçün daimi
yer olaraq xüsusi binalar seçilmişdir.
Birja aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
-
təbb və
təklifin ani olaraq qarşılaşması;
-
birja iştirakçılarının rolunun dəyişdirilməsi;
-
alqı-satqı əməliyyatlarının həcminin kəskin şəkildə artması.
Qeyd
etdiyimiz kimi, birja təşkil olunmuş bazarın ən geniş yayılmış
növlərindən biridir. Əmtəə bazarı adlanan müəyyən ərazilərdə təşkil edilir və ticarət
əməliyyatlanm həyata keçirmək üçün həmin əraziyə alıcılar və satıcılar toplanır. Bu
prosesdə ticarət qaydalarına əməl olunur və alqı-satqı əməliyyatlarının təşkilinə
xüsusi fikir verilir. Bazarın növləri aşağıdakı əlamətlər üzrə xarakterizə edilir:
-
alqı-satqı əməliyyatlarının müəyyən edilmiş qaydalar əsasında həyata
keçirilməsi;
-
ticarət əməliyyatlarının həyata keçirilməsində aşkarlığın təmin
edilməsi;
-
müəyyən qurğularla, anbar və ofislərlə təchiz edilmiş ticarət
meydançalarının mövcudluğu;
-
rabitə və informasiya sisteminin mövcudluğu.
Birjalar Avropada ilkin kapital yığımı və onun təmərküzləşməsi dövründə
yaradılmışdır. Bir sıra məlumatlara görə ilkin birjalar İtaliyada
(Venesiya, Renua,
Dostları ilə paylaş: