Alqı-satqı əməliyyatlan üzrə fyuçers müqavilələri ilk dəfə 1865- ci ildə Çikaqo
ticarət birjasında bağlanmışdır. Fyuçers ticarəti XIX əsrin ortalarından etibarən
yaranmağa başlamışdır. Ticarətin bu növü birjada satılan
bütün əmtəələri əhatə
etmişdir. Müasir şəraitdə fyuçers ticarəti maliyyə və pul tədavülü sferasında da geniş
yayılmışdır. Hazırda ABŞ-ın 11 iri birjasında, həmçinin Qərbi Avropanın, Qərbi və
Şərqi Asiyanın, Avstraliyanın və digər ölkələrin əksər birjalarında fyuçers ticarəti
həyata keçirilir.
Fyuçers bazarları əmtəələrin pula çevrilmə qabiliyyətini təmin edir.
Burada
bazar iştirakçıları öz aralarında rəqabət aparırlar. Bu isə qiymətlərin səviyyəsinə təsir
edir. Bazarda çoxsaylı satıcıların olması rəqabət prosesində qiymətlərin aşağı
düşməsinə səbəb olur. Bəzən bazarlarda alıcıların və satıcıların təklif etdiyi qiymət
səviyyələri arasında uyğunsuzluq yaranır. Bu uyğunsuzluq yüksək rəqabət mübarizəsi
yolu ilə aşağı salınır. Ona görə də bu göstərici bazarda
əmtəələrin pula çevrilmə
qabiliyyətinin ən mühüm kriteriyası hesab edilir.
Fyuçers bazarının əsas funksiyaları aşağıdakılardır:
1.
Fyuçers bazarında bazar iştirakçılarının qarşılaşdıqları risklərin ötürülməsi.
Bu zaman müəssisənin kredit qabiliyyəti yüksəlir. Bank və maliyyə institutları
müştəriləri kreditləşdirir. Risklərin səviyyəsinin aşağı düşməsi müştərilərin maliyyə
xərclərini azaldır.
2.
Stabil qiymətlərin formalaşması.
Tədqiqatlar göstərir ki, əmtəələrin pula
çevrilmə qabiliyyəti yüksək olan fyuçers bazarlarında stabil qiymətlər mövcud olur.
3.
Qiymətin
səviyyəsinin
araşdırılması.
Fyuçerslərin
qiymətlərinin
müəyyənləşdirilməsi bazar iştirakçılarının razılığı ilə həyata keçirilir.
Bu zaman
əmtəələrin gələcək qiymətləri razılaşdırılır. Bu isə istehsalı planlaşdırmağa imkan
verir.
4.
Bazar iştirakçıları üçün birja qaydalarının formalaşması. Birja qaydaları
fyuçers ticarətini səmərəli formada həyata keçirməyə imkan verir.
5.
Birjanın bütün iştirakçıları üçün informasiyaların əlverişliliyi.
Fyuçers kontraktlarının hansı şərtləri əlverişlidir?
Bu əlverişli şərtlər aşağıdakılarla izah olunur:
1.
Əmtəələrə tələb və təklifin həcminin yüksək olması fyuçers kontraktlarının
əsas xüsusiyyəti hesab edilir. Tələbin həcminin aşağı olması bazarda ticarətlə məşğul
olan iştirakçıların sayını kəskin olaraq aşağı salır.
2.
Əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır.
3.
Dövlətin və inhisarçı subyektlərin nəzarəti olmadan
bazarlarda rnəhsullara
qiymətin qoyulması sərbəst şəkildə həyata keçirilməlidir.
4.
Qiymətqoymada tərəddüdlərin olması zəruridir
(Əgər qiymətin səviyyəsi
sahitdirsə, hu halda iştirakçdann kontraktlardan və bazarlardan istifadə etməyə heç
hir stimulu qalmır.).
5.
Kontraktlar bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik
olmalıdır.
6.
Fyuçers kontraktlarının digər kontraktlardan fərqli cəhətləri mövcuddur.
Fyuçers kontraktı əmtəələrin reallaşdırılması və onun daşınması ilə bağlı satıcı
və alıcı arasındakı razılaşmaları özündə əks etdirir.
Kontraktda alıcı və satıcı subyekt kimi iştirak edir. Fyuçers kontraktının
subyekti olan alıcılar əmtəələri ucuz qiymətə əldə etməyə çalışırlar. Satıcılar isə
kontraktları bağlayarkən əmtəələri daha yüksək qiymətə satmağa cəhd edirlər.
Kontraktların qiyməti bazarın konyukturundan asılı olaraq dəyişir. Fyuçers
kontraklarında əmtəələri ucuz qiymətə almış alıcılar
bazarda qiymətlərin
bahalaşmasından zərər çəkmirlər, əksinə mənfəət əldə edirlər. Kontraktdan gəlir əldə
etmək üçün alıcı əmtəəni aşağı qiymətə alır və onu fyuçers kontraktları üzrə müştərilərə
sərfəli qiymətə satır.
Bağlanılan hər bir fyuçers kontraktı standart xarakter daşıyır. Bu zaman
əmtəənin miqdarı birja qaydalarına uyğun olaraq müəyyənləşdirilir.
Bu proses birja
praktikasında kontrakt vahidi adlandırılır.
Dostları ilə paylaş: