Mühazirə : 9 Təhsildə istifadə olunan İKT avadanlığı. Komputer təlim proqramlarında
Reallaşdırılan təlim üslubları.
Plan:
1.
Təhsildə istifadə olunan İKT avadanlığı.
2.
Komputer təlim proqramlarında reallaşdırılan təlim üslubları
Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət
edən elektron aparat,
həm də proqram təminatı başa düşülür.
Aydındır ki, İKT-ailəsinin ən əsas qurğusu komputerdir. Kompüter dedikdə, sistem bloku və
ona əlavə edilən giriş-çıxış qurğuları – klaviatura, monitor və mouze kimi
vacib qurğular dəsti
başa düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir.
Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı
qurğulardan (periferiya qurğularından) da istifadə olunur:
-
Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək
üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür.
Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap
başlığına ötürür. Qrafiki printerlərdə məlumat
simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr
şəklində çıxışa ötürülür.
Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu
printerlərin keyfiyyət göstəriciləri daha yüksək olur.
Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli
təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha əlverişlidirlər.
-
Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn,
şəkil və digər
bu tipli məlumatları kompüterə daxil etmək üçündür
;
-
Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.
-
Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.
-
Multimedia qurğuları: Kompüterdə mətnin, səsin, şəkilin və dinamik dəyişən
görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır.
Bu qurğular özündə
mikrofonu, veb kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-
video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək
məqsədilə istifadə olunur. Bu qurğulardan ilə komputer şəbəkələrində və avtonom olaraq
audio-video konfransların təşkili üçün istifadə olunur.
-
Modem (modulyator, demodulyator): Məlumatları əlaqə kanallarının (telefon xətləri,
radio kanalları və s.) köməyi ilə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur.
Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər
kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM
və ya USB
portlarla system blokuna goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər
Beynəlxalq komputer şəbəkəsinə - İNTERNETə qoşulur.
-
Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri
birbaşa kompüterə
daxil edən giriş qurğusudur.
-
TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib
kompüterin monitorunda göstərilməsini təmin edən giriş qurğusudur. Bu qurğu analog
formatlı televiziya siqnallarını rəqəmsal computer siqnallarına çevirir.
-
Səs kolonkası (dinamiklər): Audio məlumatları dinləmək üçün istifadə olunur.
-
Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları,
mürəkkəb sxemləri və
təsvirləri kağız üzərinə köçürən qurğudur.