Mühazirə : 9 Təhsildə istifadə olunan İkt avadanlığı. Komputer təlim proqramlarında Reallaşdırılan təlim üslubları



Yüklə 260,75 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix17.09.2022
ölçüsü260,75 Kb.
#63748
növüMühazirə
  1   2   3
movzu 9. avadanliğ



Mühazirə : 9 Təhsildə istifadə olunan İKT avadanlığı. Komputer təlim proqramlarında 
Reallaşdırılan təlim üslubları. 
Plan: 
1. 
Təhsildə istifadə olunan İKT avadanlığı. 
2. 
Komputer təlim proqramlarında reallaşdırılan təlim üslubları 
 
Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat
həm də proqram təminatı başa düşülür.
Aydındır ki, İKT-ailəsinin ən əsas qurğusu komputerdir. Kompüter dedikdə, sistem bloku və 
ona əlavə edilən giriş-çıxış qurğuları – klaviatura, monitor və mouze kimi vacib qurğular dəsti 
başa düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. 
Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı 
qurğulardan (periferiya qurğularından) da istifadə olunur: 
- Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək 
üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür. 
Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap 
başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr 
şəklində çıxışa ötürülür.  
Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu 
printerlərin keyfiyyət göstəriciləri daha yüksək olur. 
Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli 
təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha əlverişlidirlər.
- Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər 
bu tipli məlumatları kompüterə daxil etmək üçündür
- Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur. 
Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir. 
- Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur. 
- Multimedia qurğuları: Kompüterdə mətnin, səsin, şəkilin və dinamik dəyişən 
görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə 
mikrofonu, veb kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-
video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək 
məqsədilə istifadə olunur. Bu qurğulardan ilə komputer şəbəkələrində və avtonom olaraq 
audio-video konfransların təşkili üçün istifadə olunur. 
- Modem (modulyator, demodulyator): Məlumatları əlaqə kanallarının (telefon xətləri, 
radio kanalları və s.) köməyi ilə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. 
Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər 
kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB 
portlarla system blokuna goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər 
Beynəlxalq komputer şəbəkəsinə - İNTERNETə qoşulur.
- Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa kompüterə 
daxil edən giriş qurğusudur.
- TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib 
kompüterin monitorunda göstərilməsini təmin edən giriş qurğusudur. Bu qurğu analog 
formatlı televiziya siqnallarını rəqəmsal computer siqnallarına çevirir. 
- Səs kolonkası (dinamiklər): Audio məlumatları dinləmək üçün istifadə olunur.
- Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və 
təsvirləri kağız üzərinə köçürən qurğudur.


- Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. 
- və s. 

Yüklə 260,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin