Məsləhətci təlim öyrənənin təlim muhitində daha fəal fəaliyyətini nəzərdə tutur. Bu təlim
muhitində ona oyrənilən fənn sahəsinin acan məsələləri təqdim olunur və tədqiqat ucun imkan
verilir. İKT avadanlığının bu prosesə müdaxiləsi öyrənənin fəaliyyətinin (doğru və ya yanlış)
nəticələrini daha tez qaytara bilər. Bu zaman sistem mənaca asılı olan anlayışlar verə bilər və ya
intellektual komponentlərin olduğu halda öyrənəni məsələnin həllinə yonəldə bilər. Bu rejim bir
qayda olaraq, istifadəcinin ozu tərəfindən tələb olunur, sistem isə, istifadəcinin əsasəsən sistemin
suallarına cavab verdiyi təlimatlı (muəllimli) təlimdə olduğundan fərqli olaraq daha passiv rol
oynayır. Bununla da, sistem sorğu sistemində muraciətin təmin olunduğu "elektron
ensiklopediya"ya oxşar bir materiala cevrilir. Uyğun təlimatlı təlim yardımı təlim muhitlərinin
vacib komponenti olur, həm konseptual, həm də əməli biliklərdən istifadə etmək, həmcinin təlim
materialını təqdim etmək oyrənmə rejimlərini (izah etmə, bilikləri mohkəmləndirmə,
diaqnostika, təkrarlama, tədqiqat və s.) təşkil etmək ucun vasitələrdən ibarət olmalıdır.
Proqram-aparat vasitələrinin, komputerlərin təlim prosesində istifadə edilməsi təcrubəsinin və
təlim prosesinin təşkilinin muasir mərhələsində TMPT-ləri aşağıdakı kimi sinifləndirmək olar:
komputer dərslikləri; fənnə-yonəlmiş muhitlər (virtual reallıqlar, mikrodunyalar, modelləşdirici
proqramlar, təlim paketləri); laboratoriya məşğələləri; trenajorlar; nəzarətci proqramlar; təlim
məqsədli "soraq kitabları", məlumatllar bazası.
Dostları ilə paylaş: |