Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə115/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
120 
nikasiya prosesində insanlar iki moduslardan istifadə edərək 
ünsiyyət saxlayırlar: verbal və qeyri-verbal. Verbal modusa dil 
daxildir. Qeyri-verbal modusa isə dildən kənar vasitələr daxildir: 
mimika, göz kontaktı, jestlər, pozalar, intonasiya, məsafə və s. 
Kommunikasiya prosesləri: kodlaşma və dekodlaşma. 
Kodlaşma insanların şüurlu və şüursuz olaraq müəyyən modusu və 
metodu seçməklə mesajı (məlumatı, informasiyanı) yaratmaq və 
kiməsə ötürməkdir. Uşaqlıqda insanlar sintaksis və qrammatika, 
fonologiya, praqmatika qaydalarını öyrənərək informasiyanı 
məharətlə kodlaşdırırlar. Böyüdükdə isə artıq bu proses barədə
yəni informasiyanı kodlaşdırmaq barəsində hər an fikirləşmirlər. 
Kodlaşdırma sanki şüurun daha az iştirakı ilə reallaşır. Eyni 
zamanda qeyri-verbal yolla ötürülən məlumatları müəyyənləşdirən 
qaydaları da öyrənirlər. İnformasiyanı kodlaşdıran və ötürən insana 
kommunikator deyilir. 
Dekodlaşdırma kommunikatordan alınan informasiyanı qəbul 
etmək və onları məntiqli məlumatlara çevirməkdir. Dekodlaşdırma 
prosesində verbal və qeyri-verbal davranışının qaydalarını bilmək 
çox vacibdir. Çunki bu qaydaları bilmədən informasiyanı səhv, 
qeyri-adekvat anlamaq olar. İnformasiyanı dekodlaşdıran insana 
resipient deyilir. 
Kommunikasiyanın bu prosesləri çox sürətlə və ardıcıllıqla 
baş verən həddən artıq çətin proseslərdir. 
İki əsas moduslardan (verbal və qeyri-verbal) və əsas proses-
lərdən (kodlaşdırma və dekodlaşdırma) başqa kommunikasiyanın 
digər komponentləri də mövcuddur. 
Siqnallar kommunikasiya prosesində tələffüz olunan spesifik 
sözlər və hərəkətlərdir. Yəni məlumatın göndərilməsi zamanı 
kodlaşan verbal və qeyri-verbal davranış məs., məlumatı ötürən 
zaman istifadə etdiyimiz sözlər, səslər və eyni zamanda bu sözləri
səsləri müşayiət edən qeyri-verbal siqnallar: üzün ifadəsi, jestlər, 
pozalar, səsin intonasiyası və s.
Məlumatlar siqnallara qoyulan və onlardan çıxarılan 
mənalardır. Bu kommunikatorların kodlaşdıran və resipientlərin 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin