ETNOPSİXOLOGİYA
122
yətlərarası kommunikasiya prosesində konflikt və anlaşılmazlıq
qaçılmazdır. Mədəniyyətlərarası görüşlər zamanı insanların dav-
ranışları onların gözləmələrinə uyğun olmur.
Çox vaxt belə
davranış insanın dəyərlər və əxlaq sisteminə qəsd kimi başa dü-
şülür. Bu neqativ emosiyalar yaradır, insanın “Mən” konsepsi-
yasını zəiflədir. İnteraksiya iştirakçıları siqnalları eynimənalı
ötürüb və qəbul edə bilmədiklərinə görə mədəniyyətlərarası
kommunikasiya epizodları onlarda frustrasiya
və səbrsizlik hissi
əmələ gəlir. Belə situasiyalarda insanlar asanlıqla özlərindən çıxa
bilərlər, kefləri tez pozula bilər, interaksiyalara maraqları itə bilər.
Əlbəttə ki, bu qeyri-müəyyənlik
kommunikasiya prosesində
konfliktə səbəb olur.
Mədəniyyətlərarası kommunikasiya və kontekst. Mədəniy-
yətlərarası kommunikasiya ilə bağlı
ən vacib mədəni parametrlər-
dən biri də kontekstdir. Bu parametri ilk dəfə Holl
müəyyənləşdirmişdir.
Yüksək kontekstli və aşağı kontekstli kommunikasiya. Yüksək
kontekstli kommunikasiyada informasiyanın
çoxu fiziki kontekstdə
mövcuddur, kodlaşdırılan və ötürülən hissələrində informasiya çoz
az olur. Aşağı kontekstli kommunikasiya informasiyanın çoxu
məhz kodlaşdırılan və ötürülən hissəsində mövcuddur. Holla görə
amerikan, alman, skandinav və isveç mədəniyyətləri aşağı
kontekstlidir. Asiya mədəniyyətləri isə yüksək kontekstlidir.
Yüksək kontekstli mədəniyyətlər fikir və məlumatların
ötürülməsi zamanı danışıq dilindən az istifadə edirlər.
İnformasiyanın mühüm hissəsi kontekstin
parametrləri ilə təsvir
olunur fiziki mühit, interaksiya iştirakçıları arasında
status
münasibətləri, əvvəlki diskussiya, interaksiya iştirakçılarının
məqsədləri və s. Yapon dilində “səssiz” kommunikasiya anlayışı
var. Bu kommunikasiyanı yaponlar yüksək qiymətləndirirlər. Eyni
ilə Koreya mədəniyyətində kommunikasiyanın
belə bir növünü
kommunikasiyanın ən ali forması hesab edirlər.
Aşağı kontekstli mədəniyyətlərdə isə fikir və məlumatların
ötürülməsi zamanı daha çox dəqiq, aydın deyilmiş danışıq dilinə