ETNOPSİXOLOGİYA 133
Mədəniyyətlərarası qarşılıqlı əlaqələrə hazırlıq.Fərdlərin
mədəniyyətlərarası qarşılıqlı əlaqələrə hazırlıq təlim proqramların
hazırlanmasından ibarətdir. Təlim proqramların hazırlanmasına
maarifləndirmə, istiqamətləndirmə, təlimatlandırma və treninqlər
daxil edilir. Maarifləndirmənin məqsədi, yeni mədəniyyət, etnos haqqında
biliklərin əldə edilməsidir (ölkənin tarixi, coğrafiyası, adət-
ənənələri və s.).
İstiqamətləndirmənin məqsədi, insanı yeni ölkənin
xüsusiyyətləri ilə tez məlumatlandırmaq.
Təlimatlandırma müxtəlif problemlərə geniş baxışı təmin edir
və ya hansısa ayrı-ayrı aspektlərə diqqətini cəmləşdirir.
Treninq digər qrup üzvləri ilə vasitəsiz qarşılıqlı əlaqələr
yaratmağa kömək edir. Hər hansı bir treninq proqramı bir neçə
suallara cavab verir, yeni mühitdə insanlarla əlaqələri necə
yaratmaq olar, yad mədəniyyətin norma və dəyərlərini necə
mənimsəmək olar və s.
4.6. Danışıqların aparılmasında etnomədəni xüsusiyyətlər Danışıq aparılmasında “milli üslub” anlayışı. İstənilən xalqın öz adətləri, ənənələri, mədəniyyət, dövlət və
siyasi quruluşu vardır. Bu, danışıqların aparılmasına müəyyən
dərəcədə təsir edir. “Milli üslub” bütün ölkə nümayəndələri üçün
xarakterik olmasa da, ümumilikdə danışıqlar aparılmasının daha
geniş yayılmış xüsusiyyətlərini özündə əks etdirir. Bunu daha çox
danışıq prosesində davranış tipləri adlandırmaq olar.
Danışıqlar aparılmasında milli üslubun xüsusiyyətlərini
müəyyənləşdirmək üçün 3 böyük qrup fakt ayırd edilir. Birinci
qrup, qərar vermə mexanizmləri ilə bağlıdır. Bu danışıqlar zamanı
rəhbərin özünü sərbəst hiss etməsi və müstəqillik səviyyəsinin
göstəricisidir. Eyni zamanda qeyd olunmalıdır ki, rəhbərin
sərbəstliyi də öz növbəsində qərar qəbuletmə, şəxsin daha yüksək
rəhbərlikdən verilmiş təlimatlardan asılılığı, təlimatların özünün