Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə129/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
134 
qatılığı ilə bağlıdır. İkincisi, dəyərlər sistemi, ideoloji və dini 
inanclar, təfəkkür və qavrayış xüsusiyyətləri ilə bağlıdır. Nümunə 
üçün onu qeyd edə bilərik ki, danışıq aparılmasının milli üslubuna 
bir tərəfdən fəaliyyətin faktiki tərəfləri arasında üstünlüklər, digər 
tərəfdən isə etik normalar təsir edir. Üçüncü qrup, bu danışıqların 
aparılmasında davranış xüsusiyyətləridir ki, bura daha çox hər 
hansı bir mədəniyyəti təmsil edən nümayəndənin taktiki priyomları 
aid edilir. 
Danışıqlar zamanı milli üslubun digər xüsusiyyəti olaraq 
ünsiyyətin verbal tərəfinin spesifikliyini, həmçinin verbal təsirin 
güclülüyü və ya zəifliyini aid etmək olar. Belə hesab olunur ki
verbal amillərin güclü və zəif təsir etdiyi mədəniyyətlər vardır. 
Fransa istisna olmaqla qərb ölkələrində nümayəndələr üçün 
danışıqlarda verbal amillərin təsirlərinin aşağı səviyyədə olması 
xarakterikdir. Belə ki, bu zaman ifadə edilən söz çox az hallarda 
sətiraltı mənada dərk edilir, bu sözlərdə demək olar heç bir gizli 
məna olmur. 
Bununla yanaşı, bir faktı da nəzərə almaq faydalı olar. Milli 
üslub dedikdə, milliyyətlərdən daha çox ölkələr üçün müəyyən 
üslub və tərzlər nəzərdə tutulur. Bu o deməkdir ki, danışıqlarda 
nümayəndə olacaq çin əsilli amerikan qarşı tərəfə şərq davranış 
tərzindən çox qərb davranış tərzinin elementləri ilə təsir edəcək. 
İstənilən halda bu, daha çox təmsilçinin ölkədə nə qədər müddət 
yaşamasından və həmin ölkə ilə nə dərəcədə assimilyasiyada 
(uyğunluqda) olmasından asılıdır. 
Danışıqların aparılmasının digər milli xüsusiyyətlərindən biri 
danışıqlar zamanı ünsiyyətin qeyri-verbal cəhətləri ilə bağlıdır. 
E.Holla görə mədəniyyətlər aşağı və yüksək kontekstli olmasına 
görə iki yerə bölünürlər. Fransa istisina olmaqla Qərbi Avropa 
ölkələri aşağı kontekstli mədəniyyət qrupuna daxildir və burada 
kontekstin danışıqlar prosesinə təsiri çox aşağıdır. Burada tələffüz 
olunan, eşidilən hər bir söz hərfi mənada qəbul edilir. Bu sözlərin 
heç birində sətiraltı məna olmur. Bir məsələni də yadda saxlamaq 
lazımdır ki, milli üslub deyəndə, millətdən çox ölkə nəzərdə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin