ETNOPSİXOLOGİYA 184
nəzakətsizlik hesab olunur. Qonaq öz dostu ilə gələ bilər. Çinlilər
bütünqonaqlara qarşı xoş və mehriban münasibət göstərirlər və
çalışırlar ki, qonaq onlardan razı qalsın. Çin incəsənəti və
poeziyası dərin mənaya malikdir. Çin rəssamların əsərləri boyaları
və texnikaları ilə heyran edir. Dünyanın ən nəhəng kəşfləri məhz
Çində ixtira olunmuşdur(kompas, ipək, porselen və s). Nəhayət,
yalnız çinlilər Böyük İpək yolu vasitəsilə digər dövlətlərlə əlaqə
yaratmışlar.Çinin mədəniyyəti müxtəlif ənənələrin, zamanın,
inancların təəccüblü və heyranedici qarşılaşmasıdır. Hətta müasir
çin rəssamların əsərlrində qədim dövrün abu-havasını hiss etmək
olar.Çin mədəniyyətinin ən parlaq simvolu kalliqrafiyadır. Bu
qədim dövrdə yaranmış xüsusi yazı üsüludur və müasir dövrdə isə
kalliqrafiya incəsənətin ən unikal istiqamətinə çevrildi. Öz
məzmununa görə kalliqrafiya musiqi və poeziya ilə müqayisə oluna
bilər. İyeroqliflər vasitəsilə Çinin ritmini və harmoniyasını
ötürürlər. Çin kalliqrafiyasında xüsusi pələng üslubu var, xalq
təbabətində isə pələng gimnastikası var. Mərkəzi Çindəbelə bir
adət: gəlinin cehizinə xəmirdən yoğrulmuş pələnglər qoyurlar.
Çində qadınlar iş səhəsində kişilərlə bərabər hüquqlara malikdirlər,
onlarda məsuliyyətli vəzifələrdə çalışırlar. Ancaq Çin ənənəsinə
görə çin qadını sadə və təvazökar olmalıdır. Qadına toxunmaq,
əlindən tutmaq, geyinməyə kömək etmək qadağandır. Ənənəvi çin
toyu müasir dövrdə dəyişikliklərə uğrayıb lakin bəzi adətlərdən
simvolik olaraq istifadə edilir. Çində toya münasibət həmişə ciddi
olub.Toyu mütləq günün ikinci yarısına salırlar, saatın əqrəbləri
mütləq yuxarıda olmalıdır ki, bu da ruzi-bərəkət, uğur, xoşbəxtlik
əlamətidir. Toydan əvvəl bəy və gəlin öz evlərində qohum və
qonaq üçün süfrə açırlar.
Çin ailəsində valideynlərə xüsusi hörmət saxlanılır. Toyda
onlar üçün ayrıca masa ayrılır.Əgər Çində ərə getməmiş qız vəfat
edərsə və başqa bir ailədə evlənməmiş gənc də vəfat edərsə onlar
bu ölülərin nigah mərasimini keçirirlər və bir qəbirdə basdırırlar.Bu
qəribə adətin müxtəılif açıqlaması var. Qədim Çin ənənəsinə görə,
ölü tənhalıqda qalmamalıdır.Digər səbəb isə vəfat etmiş gənc ailədə