ETNOPSİXOLOGİYA 187
bir yapon professor belə təsvir etmişdir: “Onlar yalniz balıqla
qidalanırdılar və hər bir yenni qənaət edərək yığırdılar.”Əgər
çinlinin imkanı bir az yaxşılaşırsa o bir köhnə velosiped alır və
rayonları gəzərək alver etməyə başlayır. Sonra özünə inam artanda
o motosiklet alır, artıq o nəinki alver edir, malları satır hətta malları
faizlə verir. Sonda çinli özünə mağaza açır və daha yaxşı şərait
yaradır.
4. Kollektivizm. Çətin iqlim və təbii şərait, həmçinin təbii
fəlakət çinlilərdə ciddi intizam, fərdin qrupdan yüksək dərəcədə
asılılığı, qrupun fikirlərinə etibarlılıq, qrupun üzvlərinə qarşılıqlı
köməketmə kimi xüsusiyyətlər formalaşdırır.
5. Praqmatiklik. Qida resurslarında məhdudiyyət çinlilərdə
ifrat dərəcədə qənaətçiliyə, praqmatizm və hər şeyi hesaba almağa
xüsusiyyətləri formalaşdırdı. Praqmatik çinlilər öz məqsədlərinə
çatmaq üçün sərfəli yolu detallara qədər hesablayırlar.
6. Qəddarlıq. Əgər siz gülümsəyən çinli ilə rastlaşsaz
fikirləşməyin ki, o sizə səmimi şəkildə gülümsəyir.Bu yalnız
nəzakətlilik təbəssümü də ola bilər. bəzən çinlilərdə təbəssümdəm
aqressiyanı bir addım ayırır.
7. Yazı sistemi. Çinlilərin milli xarakterinin formalaşmasın-
da yazı sisteminin xüsusi və böyük rolu olub. Çin yazı sistemi
onları başqa xalqlardan sanki təcrid etdi özünü başqa ölkələrin
təsirindən və müdaxiləsindən sanki qorudu.
8. Çin mentaliteti. Çinlilər avropalı mentalitetindən tamami-
lə fərqlidir. Çinlilərin davranışı avropalıların davranışından fərqli-
dir.
5.1.4. Yapon xalqının etnopsixoloji xüsusiyyətləri Yaponların milli xarakteri. Yaponiya sirli şərq ölkəsidir. Onun
ənənələri minillik tarixə malikdir və bu günə kimi yaponlar
tərəfindən saxlanılır. Yapon mədəniyyəti cəmiyyətdə davranış tərzi,
ailə münasibətləri ilə daima diqqət mərkəzində olan xalqlardan
biridir. Yaponiya elə bir dövlətdir hansı ki, orada cəmiyyət aydın
strukturlaşdırılmışdır.Burada ənənələrdən və xalqın mədəniy-