Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə22/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
23 
nəticəyə gəlir. Elə bu yanaşmanın ən nöqsanlı cəhəti odur ki
mədəniyyət fərqləri nəzərə alınmır. Absolyut (mütləq) yanaşma 
əsasında çox asanlıqla bir xalqı ağıllı, bacarıqlı, xeyirxah digərini 
isə geridə qalmış, tənbəl, avam göstərmək olar.
Universalizm etnopsixologiyada üçüncü nəzəri istiqamətdir. 
Bu yanaşmanın tərəfdarları hesab edir ki, təməl psixoloji proseslər 
hər yerdə və bütün xalqlarda, mədəniyyətlərdə eynidir, lakin psixi 
və sosial inkişafa təsir isə hər yerdə müxtəlifdir. Mədəniyyətlər 
bərabərdir, zahirən müxtəlifdir, əsasına görə isə eynidir. Univer-
salistləri mədəniyyətin hansı yolla insanların daxili aləminə təsir 
göstərməsi məslələsi maraqlandırır. Bu suallara cavab tapmaqla 
müəyyən etmək olar ki, hansı psixoloji fenomenlər universaldır və
onun köməyi ilə istənilən mədəniyyətdə insanın davranış və 
fəaliyyətini təsvir etmək olar. 
Etnopsixologiyada müxtəlif dövrlərdə müxtəlif nəzəri 
istiqamətlər dominant mövqeydə olmuşdur, amma universalizmə 
meyl daha güclüdr. 
XX əsrdə dünya etnopsixologiyasında iki mühüm istiqamət 
əmələ gəlmişdir. Onlardan biricisi mədəni-psixoloji antropologiya, 
ikincisi isə müqayisəli, mədəni və ya kross-kultural psixologiya 
kimi yaranıb. Kross-kultural psixologiya müqayisəyə söykənir, iki 
və daha çox xalqların psixologiyasını müqayisəli ölçülərlə araşdırır, 
onların mədəniyyətində üniversal cəhətləri və mədəniyyətlərarası 
fərqləri ayırd edir. Mədəni-psixoloji antropologiya isə xalqların 
psixologiyasını, yəni obrazlı desək, xalqın psixoloji “tərcümeyi-
halını”, milli mentalitetin konkret xalqın, məsələn Azərbaycan 
mədəniyyəti ilə şərtlənən psixoloji kəmiyyətlərini öyrənir. Kross-
mədəni tədqiqatlar hər bir xalqın öz mədəniyyəti var. İnsan aid 
olduğu, daşıdığı mədəniyyətin məhsuludur. Şəxsiyyət bu mədə-
niyyət kontiniumunda doğulur, böyüyür, ərsəyə çatır. Görəsən, hər 
hansı bir mədəniyyət, məsələn Amerika mədəniyyəti çərçivəsində 
aparılmış tədqiqat, Azərbaycan, Türkiyə və ya Yaponiya 
mədəniyyəti axarında da özünü eyni ölçülərlə göstərəcək? Bu köklü 
sualdır və təcrübədə kross-mədəni (kultural) araşdırmalar vasitəsilə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin