Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə18/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
19 
folklorunda uşaq tərbiyəsində hansı üsulun üstünlük təşkil edildiyi 
paralel şəkildə öyrənilir (məsələn, fərdi uğur əldə etməyə olan 
meyl). Sonra formal nəticələr müqayisə edilir və yekun rəyə gəlinir 
ki, bir xalq fərdi uğur qazanmağa, digər xalqla müqayisədə daha 
çox meyl göstərir. Bununla da bu və ya digər etnik qrupun 
müqayisəli şəkildə xarakter xüsusiyyəti haqqında nəticə əldə edilir.
Üçüncü növ yanaşma daha çox ənənəvi xarakter daşıyır və 
müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır. Burada xalqın 
psixoloji portretini və mədəniyyətinin sintetik obrazını yaratmaq 
üçün onun keçdiyi tarix, yaratdığı folklor nümunələri təhlil 
olunaraq ümumiləşdirilir. Qeyd etmək lazımdır ki, hər hansı xalqın 
xarakteri haqqında onun folklor materialları əsasında qəti fikir 
söyləmək çox risklidir. Ona görə ki, zaman amilini, eləcə də sosial-
iqtisadi dəyişiklikləri nəzərə almaq lazımdır. Xalqa məxsus olan 
hər hansı əfsanə, dastan, rəvayət və sərvət dəyərləri həmin qrupun 
məhz həmin tarixi dövrünü əks etdirir, ola bilsin ki, hazırkı 
vəziyyətə qətiyyən uyğun gəlmir. Digər tərəfdən razılaşmaq 
lazımdır ki, şifahi xalq ədəbiyyatı nümunələrindəki qəhrəmanlar, 
pesonajların adları fərqli olsa da bütün xaqlarda onların yaranma 
motivləri və süjet xətti eynidir. Ona görə ki, bu materiallar ağızdan 
ağıza ötürülərək bütün xalqlara yayılmışdır və onun yaradıcısının 
konkret olaraq hansı xalq olduğu mübahisəli məsələdir. Üçüncüsü, 
folklor materiallarında təkrarlanan mövzular həqiqətənmi real insan 
davranışını əlamətlərini əks etdirir yoxsa onların arzusunu, istəyini
cəhdini və yaxud onların müdafiə reaksiyasını? 
Xalqın etnik psixoloji xüsusiyyətlərinin tədqiq olunub 
araşdırılması üçün onun musiqisini, rəqsini, geyim mədəniyyətini, 
istifadə etdikləri bəzək-düzək vasitlərinin, məişət əşyalarının, 
kulinar mədəniyyətinin öyrənilməsi kimi vasitələrdən istifadə 
etmək olar. Müasir dünyada elə bir xalq, millət tapılmaz ki, onun 
ifadə etdiyi milli rəqs olmasın. Xaqlar bir-birindən fərqləndiyi kimi 
rəqslər də bir-birindən ritminə, musiqisinə, melodiyasına görə 
fərqlənir. 
Etnopsixologiya tarixində ilk təbii eksperiment 1934-cü ildə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin