Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə16/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
17 
mərhələsidir: etnoqrafiya sahə tədqiqatlarını, mədəniyyətin ayrı-
ayrı təzahür formalarını şərh edir və təsnifatını aparır; etnologiya- 
coğrafi, tarixi və yaxud sistematik olanları birləşdirməyə ilk addım 
atır; antropologiya isə ümumilikdə insanı başa düşməyə çalışır. 
Beləliklə K.Levi-Strosa görə etnoqrafiya, etnologiya və antropo-
logiya heç də eyni məsələni öyrənən müxtəlif fənnlər deyil.
 
1.3. Etnopsixologiyanın əsas tədqiqat metodları 
və metodoloji prinsiplər 
Etnopsixologiyanın tədqiqat metodları dedikdə, həmin elmin 
öz predmetini tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin 
məcmusu nəzərdə tutulur. Etnik psixologiya, psixologiyanın bir 
sahəsi olduğu üçün ümumi və sosial psixologiyada istifadə edilən 
əsas metodlardan ümumi şəkildə burada da istifadə olunur.Etnik 
psixologiya sahəsində aparılan tədqiqatlar, başqa sahələrdə olduğu 
kimi aşağıdakı paradiqmaya əsaslanmalıdır: nəzəriyyə-eksperi-
ment-praktika. Etnopsixoloji tədqiqatlar zamanı aşağıdakı elmi 
prinsiplərin nəzərə alınması zəruridir: coğrafi determinizm, şüur və 
fəaliyyətin vəhdəti , psixikanın fəaliyyətdə inkişafı, tarixilik və 
sistemlilik. Etnopsixologiya inteqrativ elm sahəsi olduğuna görə öz 
obyektini tədqiq edərkən əsasən ümumi və sosial psixologiyanın 
istifadə etdiyi, bəzən isə etnoqrafiyanın tədqiqat metodlarından 
istifadə edir. Etnopsixologiyanın tədqiqat metodlarına müşahidə, 
çöl eksperimenti, korrelyasiya, kontent-analiz, rəsm testi, sosio-
metriya, intervyu, anket, söbət və s. daxil edilir. Bu metodlarla 
yanaşı etnopsixoloqlar etnopsixoloji məsələləri öyrənmək üçün 
etnoqrafiyanın istifadə etdiyi qalıqlar (survival method), həyat 
hadisələri (case study method) və müqayisəli-tarixi (cross-cultural) 
metodlarını da tətbiq edirlər. Qalıqlar metodu tədqiqat üsulu kimi 
rus etnoqrafı K.D.Kavelin tərəfindən hazırlanmışdır və ingilis 
etnoloqu E.Teylor tərəfindən daha da təkmilləşdirilmişdir. Qalıqlar 
metodunun əsas ideyasına görə hər bir xalqın mədəniyyətində onun 
tarixi və psixoloji keçmişinin izləri olur və həmin izlərə əsasən 
müəyyən nəticə çıxarmaq mümkündür. E.Teylor hesab edir ki, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin