Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə17/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
18 
qalıqlar üç mənanı ifadə edə bilər: 1) hər şeyin olduğu kimi 
qaldığını; 2) adət və ənənələrin, baxışların, münasibətlərin yeni 
şəraitə uyğunlaşması üçün dəyişildiyini; 3) adət və təsəvvürlərin 
bərpası, canlandırılması. Məsələn, toyu olan bəyin “oğurlanması”, 
gəlinin evə daxil olarkən ayağı ilə qab sındırması və s. tarixi 
keçmişin izləridir. Lakin, özlüyündə etnosun, xalqın psixoloji və 
sosial keçmişi və təcrübəsi haqqında məlumat daşıyır.
Həyat hadisələri metodu etnosun və xalqın adət və ənənələri
əmək və məişət həyatı ilə bağlı yerli sakinlərin söhbətini əks 
etdirir. Xalqın psixoloji keçmişi onun yazılı və şifahi ədəbiy-
yatında, fəlsəfəsində yaşayır.
Şifahi xalq yaradıcılığının, folklor materiallarının təhlil də 
etnopsixologiya-da istifadə olunan tədqiqat metodlarından hesab 
olunur. Şifahi xalq ədəbiyyatında olan əfsanələr, rəvayətlər, 
nağıllar, dasanlar, tapmacalar, atalar sözləri, sınamalar və s. xalqın 
təfəkkür tərzini, ideallarını, əxlaqi və mənəvi dəyərlər sistemini
rəğbətləndirmə və cəzalandırma, qadağalar sistemini, alqış və 
qarğışını bir sözlə xalqın ruhu, onun psixologiyası haqqında 
maraqlı və zəngin materiallarla doludur. Xaqın həyatı ilə bağlı olan 
folklor nümunələri insanların xarakterini, onların əməyə, başqala-
rına, özünə, dünyaya, var-dövlətə, qonşuya, təbiətə, təbiət hadisə-
lərinə olan münasibətini, qadın-kişi münasibətlərini, uşaqların 
tərbiyəsi, cinsi seqreqasiya və ümumiyyətlə ictimai münasibətlərin 
geniş spektri haqqında əvəzolunmaz materialları özündə əks etdirir.
Bu materialların yozumu isə tədqiqatçının istifadə etdiyi yanaş-
madan asılı olur.
Folklorun öyrənilməsində 3 yanaşmadan istifadə olunur: 
Birincisi yanaşmada folklor materialının məzmunu Freyd və 
ya Yunqun metodu ilə psixoanalitik simvolizm yönümündə izah 
olunur. Bu tip tədqiqatçılar üçün obraz və süjetin konkret sosial-
tarixi məzmunu elə bir əhəmiyyət kəsb etmir.
İkinci yanaşma daha çox obyektiv məzmun kəsb edir və 
burada bir neçə mədəniyyətlər (oxu: xalq, millət) paralel olaraq 
tədqiq olunur. Məsələn, bir neçə etnik qrup götürülür və onların 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin