ETNOPSİXOLOGİYA 15
xeyirxahlıq, qonşu Türkiyədə isə tələbəni təhqir etmək mənasına
uyğun gəlir.
Beləliklə, etnopsixologiya bir elm kimi aşağıdakı məsələlərlə
məşğul olur:
1) İdrak və emosional iradi proseslərin milli xüsusiyyətlərini,
konkret etnik birliyin nümayəndəsinin şəxsiyyətinin vəziyyət və
xüsusiyyətlərini öyrənir.
2) Konkret xalq və millət arasında baş verən sosial-psixoloji
proses və halların özünəməxsus cəhətlərini;
3) Etnik şüuru, etnik özünüdərki, milli-mədəni dəyərləri, milli
xarakteri;
4) Etnogenezin sosial-psixoloji amillərini.
Beləliklə, etnopsixologiya, ayrı-ayrı etnos, millət və xalqların
təfəkkür və davranışı üçün səciyyəvi olan, etnik mənsubiyyətlə
şərtlənən psixoloji xüsusiyyətləri, o cümlədən milli xarakter, milli
özünüdərkin formalaşmasının qnunauyğunluqlarını və funksiyasını,
etnik stereotipləri və s. öyrənən elm sahəsidir.
1.2. Etnopsixologiyanın başqa elmlərlə əlaqəsi Hər bir elm kimi etnopsixologiya elmi də öz müstəqilliyini
saxlamaqla bir sıra başqa elm sahələri ilə qarşılıqlı əlaqədədir. Bu
əlaqə ilk növbədə etnopsixologiyanın obyekti olan etnos, millət və
xalqları başqa istiqamətdən öyrənən elmlərlə bağlıdır. Bu cür
elmlərdən sosial psixologiya, etnoqrafiya, antropologiya, etnolo-
giya, etnopedaqogika, etnolinqvistika, etnoarxeologiya, etnocoğra-
fiya, etnososologiya, etnodemoqrafiya, etnogenetika və s. misal
göstərmək olar. Etnopsixologiyanın bir sıra məsələlərinin tədqiq,
bu elmlərin nümayəndələrinin iştirakı və həmin sahələrdə əldə edil-
miş elmi nəticələrdən istifadə olunur etnos və millətlərin kompleks
şəkildə öyrənilməsinə səy göstərilir.
Etnosun, xalqın və millətin səciyyəvi psixoloji xüsusiyyətləri
haqqında obyektiv nəticəyə etnik xüsusiyyətləri tədqiq edən digər
elm sahələrində əldə olunan qanunauyğunluqlardan, faktlardan