Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə11/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
12 
davranış tərzini öyrənmişdir.
Etnopsixologiyanın istifadə etdiyi analayışlardan və təhlil 
vahidlərindən etnos, etnik stereotip və yönümlər, etnosentrizm, adət 
ənənələr, milli xarakter, milli hiss, etnik identiklik, etnonim, 
etnik özünüdərketmə, inkulturasiya, kollektivizm, individualizm, 
mentalitet, arxetiplər və s. qeyd etmək olar. 
Etnopsixologiyanın istifadə etdiyi anlayışlardan 
ən 
mürəkkəbi və hamı tərəfindən birmənalı şəkildə qəbul olmayanı 
“etnos” anlayışıdır. Elmi ədəbiyyatda “etnos” termini XVIII-XIX 
əsrlərdə etnoqrafiya, etnologiya terminləri ilə birlikdə işlədilmişdir. 
Etnos sözü elmi ədəbiyyata qədim yunan dilindən gəlmişdir və 
sürü, dəstə, qrup, tayfa xalq mənasını ifadə edir. Onu da nəzərə 
almaq lazımdır ki, “etnos” anlayışı etnik psixologiyada xüsusi 
sosial və psixoloji məzmuna malikdir. Elə etnopsixologiyada ən 
böyük terminaloji mübahisə bu anlayışla bağlıdır. Bəs görək etnos 
nədir? Bu anlayış haqqında bütün tədqiqatçılar tərəfindən qəbul 
olunan ümumi fikir etnosun real qrup kimi qəbul olunmasıdır. 
Etnosu qrup kimi səciyyələndirərkən bəzi tədqiqatçılar onu sosial-
tarixi, bəziləri isə coğrafi (təbii) hadisə kimi qəbul edirlər. Etnos 
anlayışı ilə bağlı ilk tədqiqat rus etnoqrafı S.M.Şirokoqorova 
(1887-1939) məxsusdur. S.M.Şirokoqorov hesab edir ki, etnos bir 
dildə danışan, özünün eyni mənşəyə malik olduğunu qəbul edən 
adətləri, həyat tərzi ilə digərlərindən fərqlənən insan qrupudur. 
Etnos adət, dil, həyat tərzi və mənşə etibarı ilə eyni olan insan 
qrupudur. Türkoloq alim Lev Qumilyovun fikrincə “etnos bu və ya 
digər insan qrupu (kollektivi-dinamik sistem) olub, özünü bütün 
digər analoji kollektivlərə qarşı qoyan (“biz” və “biz olmayan”) 
özünün daxili strukturu və orijinal davranış stereotipi olan 
kollektivdir”. Göründüyü kimi L.Qumilyov etnik identikliyi və 
davranış stereotipini etnosun ən mühüm psixoloji xarakteristikası 
kimi əsas götürmüşdür. Həmin davranış stereotipləri isə qrupla fərd 
arasında, eləcə də fərdlər arasında münasibət normaları kimi 
anlaşılır. L.Qumilyova görə bəzən real etnos və onun etnonimi, 
yəni adı üst-üstə düşmür. Belə ki, tarixi, coğrafi, ekoloji, iqtisadi-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin