Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə12/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
13 
siyasi zərurətdən asılı olaraq müxtəlif etnoslar bir etnonimlə, eyni 
etnoslar isə fərqli adla çağırılıblar. Məsələn, romalı adı ilə həm Rim 
əhalisi, həm italiklər, həm də latınlar adlandırılıblar. Davranışı 
etnik identikliyin əsas atributu hesab edən L.Qumilyov etnosa 
dinamik sistem kimi yanaşırdı. Professor Ə.S.Bayramov isə qeyd 
edir ki, etnos nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və 
psixikaya malik olan, habelə öz birliyini, vəhdətini insanların başqa 
qruplarından fərqləndirən, eyni dildə danışan insanların tarixən 
yaranmış məcmusudur (2001). Etnos üzvlərinin öz qrup birliyini və 
ya vəhdətini dərk etmələri zəruridir. Bu hadisəyə etnopsixologiyada 
etnik özünüdərketmə deyilir. Etnosun əsas əlaməti etnik özünü-
dərkdir. Etnik özünüdərketmə özünüadlandırmada etnonimdə öz 
ifadəsini tapır. Biz bu yanaşma ilə tam razılaşmır və hesab edirik 
ki, sosial, iqtisadi, siyasi, coğrafi və digər demoqrafik səbəblər 
ucbatından müxtəlif etnosların və xalqların bir ərazidə cəmləşməsi 
zərurəti həmin insan qrupunu bir etnonimlə adlandırılmasını 
mümkün edir. 
Bir çox etnoloqlar etnosu cəmiyyətin tarixi inkişaf prosesində 
əmələ gələn və dil, din, adət və başqa obyektiv göstəricilərlə bir-
birinə bağlanan sosial qrup hesab edirlər. Bəzi tədqiqatçılar isə 
mədəniyyəti etnosun ən əsas atributu kimi qəbul edirlər. Bu yanaş-
maya qarşı çıxan norveç etnoloqu F.Bart konstruksionistik modelə 
əsaslanaraq etnosun mədəniyyət eyniliyini həmin etnosun ilkin 
əlaməti kimi deyil, birgə yaşayışın nəticəsi hesab etməyi təklif 
etmişdir. 
Psixoloji baxımdan diqqəti cəlb edən odur ki, bütün yanaş-
malarda etnik identiklik etnosun mahiyyətini izah edən ən əsas 
xarakteristikaladan biridir. Beləliklə, belə nəticəyə gəlmək olar ki, 
etnos ayrı-ayrı fərdlərin psixoloji birliyi, vəhdətidir. Etnik iden-
tiklik (aidliyin, eyniliyin) etnos üzvləri tərəfindən müxtəlif psixo-
loji xüsusiyyətlər əsasında baş verir. Məhz bu xüsusiyyətlər bir 
etnosu, digərindən fərqləndirməyə imkan verir. Etnofərqləndirici 
əlamətlərə aşağıdakılar daxil edilə bilər: dil, din, adət-ənənələr
hətta evlərin, otaqların qurluşu və bəzədilməsi, kulinar mədəniyyət 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin