ETNOPSİXOLOGİYA 8
lərindən, etnosentrizm, entik stereotiplər, etnoslararası münasibət
və etnik konfliktlərdən, fərqli mühitə adaptasiya məsələləri barədə
məlumat verilir. Beşinci fəsildə isə müxtəlif ixtisas ölkə xalqlarının
etnopsixoloji xüsusiyyətlərindən bəhs edilir.
Dərs vəsaiti, Azərbaycan Dillər Universiteti Elmi Şurasının
qərarı ilə çap olunan “İxtisas ölkəsinin etnopsixologiyası” adlı fənn
proqramı əsasında hazırlanmışdır. Dərs vəsaiti hazırlanarkən
etnopsixologiya məsələləri ilə bağlı Türkiyə, Rusiya, Avropa,
Amerika eləcə də respublikamızın görkəmli psixoloqları F.Ə.İbra-
himbəyov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, R.İ.Əliyevin əsərlərinə
istinad edilmişdir. Kitab, Azərbaycan Dillər Universiteti Psixo-
logiya kafedrası əməkdaşlarının kollektiv əməyinin məhsuludur.
Dərs vəsaitində ön söz və I, II, III fəsillər dos. Ceyhun Alıyev; IV
fəsil və V fəsildə Skandinaviya xalqları haqqında baş müəllim
Sevinc Əmirova; V fəsildə ingilislər haqqında psixologiya üzrə
fəlsəfə doktoru Şəlalə Babayeva; V fəsildə almanlar haqqında
psixologiya üzrə fəlsəfə doktoru, dosent Əzim Əliyev; V fəsildə
Afrika xalqları haqqında baş müəllim Misgər Məmmədov; V
fəsildə fransızlar haqqında baş müəllim Heyran Zeynalova; V
fəsildə yaponlar və yəhudilər haqqında baş müəllim S.Ə.Fərhatlı; V
fəsildə İndoneziya xalqları haqqında baş müəllim Könül Babayeva;
V fəsildə Amerika və Çin xalqları haqqında müəllim Lalə
Sadıxova; V fəsildəbalkan xalqları, qafqaz xalqları, ispandillilər,
ərəblər və türklər haqqında müəllim Nübar Əhmədova; V fəsildə
slavyan dilli xalqlar haqqında müəllim Ceyhunə Dəmirova; V
fəsildə Hindistan xalqı haqqında müəllim Əminə Qubadova
yazmışdır.
Dərs vəsaitinin elmi redaktoru prof. R.İ.Əliyev, rəyçilər prof.
S.İ.Seyidov, ps.f.d,dos. A.Quliyev, eləcə də kitabın ərsəyə
gəlməsini müəllif kollektivi qədər maraqla gözləyən və onun
hazırlanmasına öz müəllimlərini həvəsləndirən sevimli tələbələ-
rimizə dərin təşəkkürümüzü bildiririk.
Ceyhun Alıyev, psixologiya üzrə fəlsəfə doktoru, dosent