Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə5/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 

Rusiyada yaşayan azərbaycanlı iş adamı rus şirkətinin 
adından danışdıqda müəyyən qədər də olsa azərbaycanlı xarak-
terinə uyğun xüsusiyyətləri qoruyub saxlayacaqdır və bu onun 
ünsiyyət zamanı davranışına təsir göstərəcəkdir. Lakin, danışıqları 
aparma tərzi işlədiyi şəraitdən və adını təmsil etdiyi ölkədən asılı 
olduğu üçün rus üslubunda olacaqdır.
Milli xarakter deyəndə müəyyən cəmiyyət içində uzun əsrlər 
boyu qarşılıqlı əlaqədə olmaqla əldə olunan keyfiyyətlər başa 
düşülür. Böyük alman filosofu İmmanuel Kant xalqlar arasındakı 
fərqi əcdadlarda, onların tarixində və gündəlik davranışda olanların 
adətə çevrilməsində görürdü. Milli xarakterin formalaşmasına təsir 
göstərən əsas amillərə insanların yaşadığı cəmiyyət, ünsiyyət 
saxladıqları dil, dini inanc sistemi və yaşadıqları coğrafi mühit 
daxildir.Dünyanın tərəqqi etmiş ölkələrində XIX əsrdən başlayaraq 
çox intensiv surətdə inkişaf etməyə başlayan etnik psixologiya 
böyük elmi-nəzəri və praktik əhəmiyyətə malik olan mühüm bir 
elm sahəsinə çevrilmişdir. Bu elmin məhz XIX əsrdən başlayaraq 
ən çox tərəqqi etmiş dünya ölkələrində sürətlə inkişafı təsadüf 
deyildir. Bu, ilk növbədə ictimai-tarixi inkişaf prosesi ilə bağlı 
olmaqla yanaşı həmin ölkələrdə digər etnos və xalqların etnik-milli 
xüsusiyyətlərinə yaxından bələd olmaq zərurəti ilə bağlı idi. Çünki 
inkişaf etmiş dövlətlər digər ölkə və xalqların, millətlərin etnik 
psixoloji xüsusiyyətlərinə bələd olmadan onlarla istər dövlətlər-
arası, istərsə də xalqlar və millətlərarası münasibətlər sistemini 
optimal şəkildə qurmaqda ciddi çətinlik və maneələrlə rastlaşmış 
olurdular. 
Tarixi təcrübə aydın surətdə göstərir ki, hər bir millətin, 
xalqın nəinki özünün, eləcə də müəyyən əlaqə və münasibətdə 
olduğu digər xalqların və millətlərin etnik-milli xüsusiyyətlərini 
vaxtında öyrənib düzgün qiymətləndirməsi həm onun özünüdər-
kinə, həm də başqalarını düzgün dərk edib adekvat surətdə 
qiymətləndirməsinə yaxından kömək edir. 
Elə xalqımızın tarixi təcrübəsi bu cəhətdən çox ibrətlidir. 
Əsrlər boyu xalqımızın başına gətirilmiş qonşu xəyanətinin 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin