ETNOPSİXOLOGİYA 7
mahiyyətinə nəzər saldıqda çox qəribə suallarla raslaşırıq. Qonşu
etnoslara vaxtında və lazımınca bələd olub, onu nəzərə almışıqmı?
İstər həmsərhəd olan, istərsə də torpağımıza pənah gətirən və bi-
zimlə birgə yaşayan xalqların etnik-milli xüsusiyyətlərini vaxtında
öyrənib düzgün nəzərə ala bildikmi? Təəssüf ki, bu suallara
hələlik müsbət cavab vermək çətindir. Bunun bir səbəbi də etnik
psixologiyanın mühüm elm sahəsi kimi respublikamızda inkişafına,
tədrisinə xüsusən də humanitar və sosial ixtisaslar üzrə təhsil alan
ali məktəb tələblərinə müvafiq bilik, bacarıq və vərdişlərin öyrədil-
məsinə lazımi diqqətin yetirilməməsi ilə əlaqədardır. Halbuki, etnik
psixologiya hər bir xalqın milli özünüdərkinə yaxından kömək
etməklə yanaşı, millətlərarası və dövlətlərarası münasibətlərin
düzgün tənziminə xidmət etmiş olur.
Dərs vəsaitinin də əsas qayəsi Regionşünaslıq ixtisası üzrə
təhsil alan tələbələrin multikultural psixoloji səriştəsini yüksəltmək,
onlara öyrəndikləri ölkənin və xalqın etnik-milli psixoloji xüsusiy-
yətləri ilə bağlı zəruri olan bilik, bacarıq və vərdişləri aşılamaqdır.
İnkişaf və tərəqqinin müasir mərhələsi, ölkəmizin müstəqil
dövlət olaraq dünya dövlətləri və xalqları ilə birbaşa siyasi, sosial-
iqtisadi və mədəni əlaqələr qurma zərurəti ölkə vətəndaşının,
xüsusilə də ali təhsilli mütəxəssislərin psixoloji səriştəsini,
ümumən kross-kultural mədəniyyətini yüksəltməyi bir peşə zərurəti
kimi qarşıya qoyduğu halda etnik psixoloji biliklərə yiyələnmək
çox ciddi elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir.
Müasir dövrdə beynəlxalq münasibətlər və regionşünaslıq
sahəsində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasında
xalqların və millətlərin etnopsixoloji və milli xüsusiyyətlərini
bilməsi həmin ixtisas sahibləri üçün adi peşə norması hesab
olunur. Məhz “İxtisas ölkəsi xalqlarının etnopsixologiyası” fənni
üzrə dərs vəsaitinin yazılması zərurəti yaranmışdır.
“Etnopsixologiya” adlı dərs vəsaiti ön söz, beş fəsil və
ədəbiyyat siyahısından ibarətdir. Kitabın ilk dörd fəslində
etnopsixologiyanın nəzəri məsələlərindən, psixologiyanın bir sahəsi
kimi inkişaf tarixindən, etnik identikliyin sosial-psixoloji aspekt-