Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə304/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   300   301   302   303   304   305   306   307   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
310 
onu “psixoloji portret sənətində nailiyyət” adlandırırlar. Rəsm əsəri 
Polşa qadınlarının psixoloji xüsusiyyətlərini özündə əks etdirərək, 
onların necə kübar və elit olduqlarını çatdırır.
Moda Polşanın milli identikliyinin vacib bir ünsürüdür. 
Polyakların milli geyimləri maqnatlarla bəzədilən və oriental stilə 
bənzər yüksək kübarlıq əks olunan paltarlardır. Polyaklar 
binalarında və geyimlərində əsasən qırmızı və ağ olmaqla, açıq 
rəngləri çox sevir və istifadə edirlər.
Polyakların dini şüuru lap kiçik yaşlardan formalaşdırılır. 
Polyaklar arasında aparılan sorğuya əsasən əhalinin 93%-i tanrının 
olduğunu və katolik kilsəsinin onu təmsil etdiyini düşünür. Polşa 
məktəblərinin ibtidai siniflərində dərsi müəllimlər yox, birbaşa 
Vatikandan təhkim olunmuş rahiblər aparır. Bu da uşaqların 
şüuraltına “şeytana” qarşı tədbirlər görülməsi və xristian dininin 
onları qoruması barədə məlumatları yerləşdirmələrinə səbəb olur. 
Əgər uşaqlardan hansısa bazar günü kilsəyə getməzsə, rahib digər 
uşaqların qarşısında nəyə görə kilsəyə gəlmədiyini soruşaraq 
psixoloji təzyiq göstərmiş olur. Polşada doğum günü ilə ad günü 
ayrı günlərdə qeyd edilir. Bu isə yenə də din ilə bağlıdır. 
Polyakların nigah adətləri kifayət qədər maraqlıdır. Belə ki, 
adətə görə toy iki gün davam edir. İlk gün ənənəvi mahnı sədaları 
altında keçirilən toy və həmin gün artıq qalan yeməklərlə səhər 
keçirilən toyun ikinci günü. Gəlin və bəy toy salonuna girərkən 
çörək və duz yeməli, stəkan qırmalıdırlar. Bu adətlərin psixoloji 
mənası belə izah olunur ki, evinizdən çörək və duz əksik olmasın, 
stəkanın parçaları qədər il birlikdə yaşayın. 
Əksər polyak ailəsində uşaq sayının az olduğunun və ya heç 
olmadığının şahidi oluruq. Buna səbəb polyakların maddi 
problemləridir.
Çexiya. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun 
elmi izahını verməyə ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. 
"Çex" sözünün daxili forması «nəslin bir üzvü» mənasını daşıyır. 
Çexiya xalqının etnopsixoloji xüsusiyyətləri də məhz elə ilk dəfə 
onun adının verdiyi məna ilə izah olunur. Mənaya görə çexlər 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin