ETNOPSİXOLOGİYA 313
Slovaklar bir-birilə salamlaşarkən əl verib görüşməkdənsə bir
və ya iki dəfə üzdən öpməyi daha üstün tuturlar. Bu onlarda
yaxınlıq münasibətini göstərməkdən irəli gəlir. Lakin yenə də
kişilərin bir-birilə görüşərkən, qadınlara nisbətən daha çox əl verib
görüşdükləri məlumdur. Burada hansısa cinsi fərqləndirməkdən söz
gedə bilməz.
Slovaklar olduqca çox qonaqpərvər və sülhsevər xalqdır.
Günorta yeməyi onlar üçün əsas yemək vaxtı hesab olunduğundan
süfrəyə bir neçə yemək və içki qoymağı sevirlər. Qonağın ilk dəfə
çağırıldığı evə gedərkən əlində gül dəstəsi, şərab və ya hansısa
hədiyyə aparması hörmət əlaməti kimi qəbul edilir. Lakin, pul
verilməsi hörmətsizlik kimi qəbul edilir. Bir qədər təəccübli olsa
da, restoranda qonağın ailəsi ilə birlikdə yemək yeyilən vaxt ödəniş
çekinin götürülməsi onlarda adətdir. Ümumiyyətlə slovaklar
israfçılığı sevmirlər.
Slovakiyada valideynlər, xüsusilə atalar üçün övlad ilə nə
qədər çox vaxt keçirdisə, onunla nə qədər oyunlar oynayır,
gəzintiyə çıxırsa bu uşaqlara verilmiş ən yaxşı mirasdır.
Slovaklar mehriban olmaqla yanaşı, eyni zamanda yeni
tanıdıqları insanlarla dostluq qurmaqdan çəkinirlər. Bu qurulan
dostluq münasibətində daha çox güvənməyi üstün tutduqlarını
göstərir.
Slovakiyanın küçələrində sahibsiz heyvan görmək çox
çətindir. Çünki, dövlət küçədə qalan bütün sahibsiz heyvanlara
nəzarət edir. Çox sayda olmasa belə Slovak xalqı evlərində it, pişik
və ya digər ev heyvanlarını saxlamağı üstün tutur.
Slovakiyanın milli suvenirləri milli kostyumlarda olan taxta
kuklalar, büllurdan şüşələr, keramikadan hazırlanmış əşyalar,
oyulmuş taxta fiqurlar, taxta küpələr, fujaras (xalq musiqi aləti),
dekorativ milli yumurtalar və s. xalqın etnik adət-ənənəsini özündə
əks etdirən əşyalar hesab olunur. Slovaklar öz tarixi keçmişinə
verdikləri qiymətdən asılı olaraq, tarixi binaların qorunmasına qarşı
yüksək həssaslıq göstərirlər. Slovakiyada taxta ev nümunələrini ən
yaxşı halda Vikolinec kəndində görmək mümkündür. Lakin ölkənin