Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə321/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   317   318   319   320   321   322   323   324   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
327 
Küçədə rəqs edərək böyük dairələr təşkil edən bolqarları 
görmək mümkündür. Bu əsrlik ənənə Bolqarıstanda və bir çox 
Balkan dövlətlərində qorunub saxlanılmışdır və hələ də insanı 
birliyə və sevincə çağırır. 
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan 
əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif 
ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə 
hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının 
verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad 
işıqları, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. 
Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr 
paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, 
Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə 
bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də 
qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, 
canlanma və inkişafa səbəb olur. 
Müqəddəs Valentin bayramı Avropada və xristian 
dünyasında “Sevgililər günü” kimi tanınır. Başlanğıc tarixi qədim 
Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianların 
inancına görə bayram edilən tarixi gündür.Qədim Romada 14 
fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə 
Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul 
edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 
15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu 
bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun 
səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii 
nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu 
bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. 
Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi 
köhnə bir ənənə olan və Lupercalia Bayramının ərəfə günü atılan 
bir püşk ilə müəyyən olurdu.
III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II 
Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi 
dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin