Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə33/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
34 
orada yaşayan xalqların həyatına, məişətinə, mədəniyyətinə bir 
sözlə xalqların xarakterinə maraqla birləşir.
XI əsrdən etibarən etnopsixoloji ideyalara fəlsəfə və bədii 
ədəbiyyat əsərlərində rast gəlinir. Bəhmənyar, Nəsirəddin Tusi
Nizami Gəncəvi, İmaddədin Nəsimi, M.Ə.Sabir, Ü.Hacıbəyov, 
M.F.Axundov, A.Bakıxanov, səyyahlardan Z.Şirvani və b.əsər-
lərində etnopsixoloji qeydlərə rast gəlinir.
Azərbaycan haqqında, onun ərazisində yaşayan xalqlar 
haqqında etnopsixoloji və etnoqrafik məlumatlara həmin dövrlərdə 
ölkəmizə səyahət edən səyyahlar, elçilər, tarixçilər və başqalarının 
əsərlərində rast gəlinir. Həmin yazılarda ölkənin tarixi, coğrafiyası, 
təbiəti, yerüstü və yeraltı sərvətləri, eləcə də xalqların adət-ənənəsi, 
yaşayış tərzi, xarakteri haqqında məlumat verilir. Onlardan yunan 
coğrafiyaçı və tarixçisi Strabonun (e.ə. 64- b.e.24) “Coğrafiya” 
əsərini misal göstərmək olar. Strabon yazır: Orada adamlar gö-
zəlliyi və hündr boyu ilə seçilirlər, eyni zamanda onlar ürəyiaçıq-
dırlar, xırdaçı deyillər. Albanlar qocalığa, nəinki valideynlərinə, 
həm də yad (qoca) adamlara həddindən artıq hörmət edirlər. 
Mərhumun dərdini çəkmək və hətta onu yada salmaq şərəfsizlik 
sayılır. Mərhumla birlikdə onun bütün əmlakını basdırırlar və buna 
görə də ata malından mərhum olub, kasıb yaşayırlar. Antik dövr 
Qafqaz Albaniyası və onun xalqları haqqında II əsrin tanınmış 
coğrafiyaçı və astronomu Klavdi Ptolomeyin (70-147) “Coğrafiya” 
dərsliyində də məlumat verilir.
XVI əsrdə ingilis səyyahı Antoni Cenkinsonun Azərbaycana 
səfəri və Şamaxı şəhəri və yerli xalqın həyatından bəhs edən 
“Gündəliyindəki” qeydləri diqqəti cəlb edir. Şamaxı hakiminin 
qonağı olan Antoni Cenkinson yerli xalqın yüksək mədəniy-
yətindən heyran olduğunu qeyd edir və onun şərəfinə verilən 
ziyafət masasını belə təsvir edir: nahar vaxtı gəlb çatdıqda 
döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi; yeməklər 
çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 
növ yemək verilmişdir.Onları süfrələr ilə birlikdə, yığışdırdıqdan 
sonra yeni süfrələr salıb meyvələrdən və başqa qonaqlıq 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin